Alternative content

04:10 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bişkekdə görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında qırğız və rus dillərində kitab çap olunub
Bişkekdə görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında qırğız və rus dillərində kitab çap olunub
ANA SƏHİFƏ / Mədəniyyət
05:04 02.04.2018

Bişkekin “Turar” nəşriyyatında Hidayətin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev haqında “Mir Cəlal dünyasından sətirlər” esse-xatirə kitabı qırğız və rus dilində nəşr edilib.

On iki il əvvəl Azərbaycan dilində işıq üzü görən kitabı qırğız dilinə Bekten Dıykanbay, rus dilinə isə Səyavuş Məmmədzadə tərcümə edib.

AZƏRTAC xəbər verir ki, müəllif kitabda böyük yaradıcı şəxsiyyət barədə işıqlı və isti xatirələrini, onun bənzərsiz əsərlərinə təkrarsız münasibətini, bu həssas insanın ətrafında baş verən hadisələrə yanaşma tərzi barədə düşüncələrini oxucularla bölüşür. Görkəmli ədib və mütəfəkkirimizlə ünsiyyətdə olmuş müəllif onun şəxsiyyətinin, ədəbi, elmi, pedaqoji fəaliyyətinin oxuculara tanış olmayan, özəl ali xüsusiyyətlərini dəqiqliyi, incəliyi ilə qələmə alır, böyük klassikimizi oxuculara necə varsa, olduğu kimi təqdim edir.

Əsər indiyəcən ana dilimizdən başqa rus, ingilis, fransız dillərində nəşr olunub. Müəllif əsərin Bişkek nəşrinə yazdığı “Ön söz”də bildirir ki, esse-xatirə qırğız dilində çapa hazırlanarkən on iki il əvvəl yazdığı kimi oxuculara təqdim edilir.

“Ön söz”də deyilir: “Mənim essem Mir Cəlal ümmanında yalnız damlalardır”.

Kitaba ədibin ailəsi və qələm dostları ilə çəkilmiş fotoşəkilləri də daxil edilib.