Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

23:01 12 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Daşkənddə kitab sərgisi təşkil olunub
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Daşkənddə kitab sərgisi təşkil olunub
ANA SƏHİFƏ / Mədəniyyət
01:04 01.04.2018

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Soyqırımlarına yox deyək” adlı kitab sərgisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Mədəniyyət Mərkəzinin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin əməkdaşları, xarici ölkələrin diplomatları, ictimaiyyət nümayəndələri, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Sərgidə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Daşkənddə özbək dilində çap edilən “Geosiyasət” və “Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti və Xocalı soyqırımı” kitabları, özbək tarixçisi Şuxrat Barlasın “İdeyalar müharibəsi. Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər” adlı kitabları, habelə Qafqazda iki əsrdən artıq azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti, ermənilərin Azərbaycan torpaqlarının işğalı, xalqımıza qarşı törədilən qanlı hadisələrə dair nəşrlər nümayiş olunub.

Mədəniyyət mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova bildirib ki, ötən əsrin ikinci onilliyində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı 1918-ci ilin mart ayında daha geniş miqyas alıb və amansızlığı ilə seçilib. Həmin vaxt Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Qarabağ, Naxçıvan və digər ərazilərdə dəhşətli qırğınlar törədilib.

Gənclərə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı, eləcə də Ermənistanın Azərbaycana qarşı uzun müddətdən bəri apardığı işğalçılıq siyasəti barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, keçmişini unudan gələcəyini qura bilməz. Bu cür soyqırımlarının təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət onu törədənlərin cəzalandırılması istiqamətində səylərini gücləndirməli, soyqırımı qurbanlarının xatirəsi daim yad edilməlidir.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM