Alternative content

21:04 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
12:03 31.03.2018

 

Qərar № 15/89

 

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Azərbaycan Demokrat Partiyası vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Azərbaycan Demokrat Partiyasının vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

Tahir Əli oğlu Süleymanlı

Vidadi Qurbanəli oğlu Rüstəmov

Aftandil İbrahim oğlu Vəliyev

Cəbrayıl Mehralı oğlu Dünyamalıyev

İltifat İldırım oğlu Səfərov

Xəyalə Fəxrəddin qızı Əsgərova

Salman Məhəmməd oğlu İmanlı

Flora Novruz qızı Qurbanova

Emin Rasim oğlu Abbasov

Zülfiyyə Zülfüqar qızı İbrahimova

Təsviri Vilayət oğlu Axundov

Nazilə Nəzər qızı Səfərova

Məhərrəm Tofiq oğlu Məmmədov

Nigar Çingiz qızı Şahi

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

30.03.2018