Alternative content

12:15 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Təsviri sənət həftəsi” çərçivəsində görkəmli rəssamların əsərlərindən ibarət sərgi açılıb
“Təsviri sənət həftəsi” çərçivəsində görkəmli rəssamların əsərlərindən ibarət sərgi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
07:03 30.03.2018

Martın 30-da Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda “Təsviri sənət həftəsi” çərçivəsində görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan sərgidə 50-dək fırça ustasının əsərləri nümayiş olunub.

Sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Sənət əsərlərinin məna və məzmununa görə mükəmməliyindən bəhs edən F.Xəlilov bildirib ki, ekspozisiyada nümayiş olunan əsərlər rəngkarlıq, qrafika, tətbiqi dekorativ sənət, batika, xalçaçılıq, heykəltəraşlıq və digər janrlardadır.

Qeyd edilib ki, “Təsviri sənət həftəsi” çərçivəsində paytaxtın bir sıra aparıcı sərgi salonlarında müxtəlif sərgilərin açılışı olub.

Bildirilib ki, hər il ənənəvi olaraq təşkil olunan sərgiyə təqdim edilən 100-dək sənət əsərində incəsənətin bütün janrlarını görmək yüksək təəssürat yaradır. Habelə, ekspozisiyada yer alan əsərlərin təbiət, mənzərə, güllər, ilin fəsilləri, vətənpərvərlik, duyğusallıq və fəlsəfi mövzularda olması sərgiyə əlavə ovqat qatır. Sərgiyə qatılmış hər bir rəssama minnətdarlığını bildirən F.Xəlilov onlara yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.

“Təsviri sənət həftəsi”nin gələcəkdə da davam etdiriləcəyini söyləyən Rəssamlar İttifaqının sədri deyib ki, bu həftə çərçivəsində tanınmış rəssamların əsərlərinin bir yerə toplanması və onların nümayişi yaradıcı gənclərdə rəsmə böyük həvəs yaradır.

Tədbirdə ittifaqın ilk dəfə təsis etdiyi “Vernisaj” mükafatı Xalq Rəssamı Mir Nadir Zeynalova təqdim olunub.

Sonra qonaqlar sərgi ilə tanış olublar.