30 Mart 2018 03:03
320
Səhiyyə
A- A+

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında oftalmoloji aksiya keçirilir

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında tibbi müayinələr keçirir.

AZƏRTAC xəbər verir ki, müayinə çərçivəsində universitetin əməkdaşlarının oftalmoloji səhhətləri ilə bağlı suallar cavablandırılacaq, problemlərin həll olunmasına kömək göstəriləcək. Bundan əlavə, müayinələr əsnasında göz xəstəlikləri ilə bağlı monitorinq aparılaraq, əldə edilən nəticələr müzakirə olunacaq və mümkün qədər yerindəcə həll ediləcək. Ehtiyac duyulduğu təqdirdə göz problemləri olanların əməliyyatları təşkil ediləcək.

Oftalmologiya Mərkəzinin silsilə şəkildə keçirdiyi bu aksiyalar bir çox qurumların əməkdaşlarının vaxt itirmədən tibbi yardımdan faydalanmasına xidmət edir.

Qeyd edək ki, ən yeni oftalmoloji texnologiyalarla təchiz edilmiş mərkəzin Səyyar Klinikası hər bir şəraitdə işləyə bilir. 2005-ci ildən 2018-ci il ərzində Səyyar Klinika respublikanın bir çox rayon və şəhərlərində dəfələrlə belə tədbirlər keçirib. Bu günə qədər Səyyar Klinikada minlərlə xəstə müayinə olunub, cərrahi əməliyyat aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video