Alternative content

22:26 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tədqiqatçılar 600 il ərzində məlumat saxlamaq imkanına malik optik disk hazırlayıblar
Tədqiqatçılar 600 il ərzində məlumat saxlamaq imkanına malik optik disk hazırlayıblar
ANA SƏHİFƏ / Elm və texnika
08:03 29.03.2018

Avstraliyanın RMIT Universiteti və Çinin Vuhan Texnologiya İnstitutunun tədqiqatçıları böyük həcmli məhsuldar optik disklərin yeni növünü hazırlayıblar. Bir disk 10 TB-a qədər məlumatı saxlamaq və altı yüz il ərzində bu məlumatların tamlığını təmin etmək imkanına malikdir. Optik diskin göstəriciləri mövcud texnologiyaların informasiya həcmini dörd dəfə, onun saxlanılma müddətini isə 300 dəfə ötür.

AZƏRTAC nanonewsnet.ru saytına istinadla xəbər verir ki, materiala nanoplazmalı hibrid şüşə matrisin yaradılması üçün uzadılmış formaya malik qızıl nanozərrəcikləri daxil edilib.

Yeni sistem məlumatları üç adi məkan ölçüsü və iki əlavə ölçü olmaqla beş ölçüdə saxlamağa imkan verir. İnformasiyanın yazılması və saxlanılması üçün çoxrəngli kodlaşdırma texnologiyası istifadə olunur. Bu texnologiya müasir informasiya mərkəzlərinin effektivliyini artırmağa imkan verəcək. Çünki optik sistemlər sərt disklər əsasında olan sistemə nisbətən orta hesabla min dəfəyədək daha az enerji tələb edir.

Tədqiqatçılar bildiriblər ki, bu texnologiyanın tətbiqi gələcəkdə astronomiya, geologiya, biologiya və tarix sahəsində tədqiqatların aparılması zamanı istifadə olunan informasiyanın böyük massivlərinin saxlanılması problemini həll edəcək. Bundan başqa, yeni texnologiya yüksək temperatur, təzyiq və radiasiyanın təsirinə qarşı davamlıdır ki, bu da təbii və texnogen mənşəli istənilən kataklizmlər zamanı məlumatların tamlığını təmin etməyə imkan verəcək.