Alternative content

14:05 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstanbulda Xalq Yazıçısı Anarın 80 illik yubileyi qeyd olunub
İstanbulda Xalq Yazıçısı Anarın 80 illik yubileyi qeyd olunub
ANA SƏHİFƏ / Mədəniyyət
04:03 29.03.2018

İstanbulda Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı, görkəmli ədib, ictimai xadim Anarın 80 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), AYB, Türk Ədəbiyyatı Vəqfi (TƏV), İstanbul Yeni Yüzil Universiteti və Üsküdar Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən mərasimin açılışında rəsmi şəxslər, diplomatlar, elm və sənət adamları, ədəbiyyatçılar iştirak ediblər.

TƏV-də keçirilən birinci paneldə Azərbaycanın TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin Qafarlı, yazıçı İmdat Avşar, Günel Anarqızı, Anar yaradıcılığının tədqiqatçıları Pərvin Nurəliyeva və Bəxtiyar Aslanın çıxışları dinlənilib.

Türk Ədəbiyyatı Vəqfinin yeni təsis etdiyi “Yaşayan Dədə Qorqud” mükafatının ilk nüsxəsi ilə təltif olunan yazıçı Anar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Yubiley mərasimi daha sonra İstanbul Yeni Yüzil Universitetində davam etdirilib.