29 Mart 2018 04:03
743
Qəbullar
A- A+

Prezident İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Memarlar İttifaqının prezidenti Bakıda gördükləri inkişaf və gözəlliyin onlarda dərin təəssürat hissi yaratdığını dedi və ilk növbədə, paytaxtımızın arxitekturasını uğurla himayə etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını və təbriklərini çatdırdı. Tomas Vonier bildirdi ki, səfərin əsas məqsədi Beynəlxalq Memarlar İttifaqının Bakıda keçirilən büro iclasında iştirak etməkdir. O dedi ki, Beynəlxalq Memarlar İttifaqının bu tədbirin Bakıda təşkili ilə bağlı 134 üzv ölkə içərisindən Azərbaycanı seçməsi rəhbərlik etdiyi qurumun ölkəmizə verdiyi böyük önəmin göstəricisidir.

“Bakı çox gözəl şəhərdir”, - deyən Tomas Vonier həmkarlarının ilk dəfə burada olduqlarını və gördüklərindən heyran qaldıqlarını vurğuladı. Bakı Bulvarının, şəhərdəki işıqlandırmanın xüsusi gözəlliyə malik olduğunu qeyd edən qonaq bütün bu inkişaf proseslərinin təcrübə mübadiləsi baxımından böyük maraq doğurduğunu dedi.

Dövlətimizin başçısı Bakının xeyli sayda tarixi abidələrə malik qədim bir şəhər olduğunu qeyd edərək bütün bunların milli sərvətimizin bir hissəsini təşkil etdiyini vurğuladı. Prezident İlham Əliyev bu baxımdan, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin böyük memarlıq dəyərinə malik olduğunu bildirərək dedi ki, əsas məqsəd bu tarixi irsi qorumaqla bərabər, yeni inşa edilən müasir binaların şəhərin tarixi hissəsi ilə həmahəngliyini təmin etməkdən ibarət idi. Bu məqsədə demək olar ki, nail olduğumuzu qeyd edən Prezident İlham Əliyev, eyni zamanda, şəhər əhalisinin daha yaxşı həyat şəraitinin və istirahətinin təmin edilməsinin də əhəmiyyətini vurğuladı, Bakıda ictimai zonaların yaradılması ilə bağlı böyük işlərin görüldüyünü dedi. Bakı Bulvarının inkişafına toxunan Prezident İlham Əliyev bu tarixi arxitektura nümunəsinin 100 il bundan öncə inşa edildiyi zaman uzunluğunun 3,5 kilometr olduğunu bildirərək hazırda bulvarın uzunluğunun 16 kilometrə çatdığını, əhalinin və qonaqların ən sevimli istirahət yerlərindən birinə çevrildiyini məmnunluqla vurğuladı.

Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətinin ölkəmizə səfərinin önəmini qeyd edən Prezident İlham Əliyev qonaqların şəhərimizin inkişafı ilə bağlı rəylərinin öyrənilməsi, eyni zamanda, onların ölkəmizlə daha yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını bildirdi.

Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonier Azərbaycan Prezidentinin birbaşa himayəsi altında Bakıda həyata keçirilən inkişaf proseslərinin bir nümunə olduğunu qeyd etdi. Quruma üzv ölkələrdən olan memarların Bakıya səfəri zamanı çox şey öyrənə biləcəklərinə ümid etdiyini deyən Tomas Vonier paytaxtımızın bu baxımdan uğurlu məkan olduğunu bildirdi. Bakının tarixi irsin müasirliklə uzlaşdırılmasının gözəl nümunəsi olduğunu deyən qonaq vurğuladı ki, əfsuslar ki, bu cür gözəlliklərə malik olan şəhər haqqında dünyada bir o qədər də geniş məlumat yoxdur. Tomas Vonier rəhbərlik etdiyi qurumun “Əhəmiyyətli memarlıq və mədəni irsə malik şəhərlərdə turizmin təsiri” adlı beynəlxalq forumunun 2019-cu ildə Bakıda keçirilməsinin bu baxımdan əhəmiyyətli olacağını qeyd etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video