29 Mart 2018 04:03
322
Mədəniyyət
A- A+

Beynəlxalq Muğam Mərkəzi "Vətənim Azərbaycan" adlı yeni layihəni təqdim edir

 

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan muğamlarının və onların əsasında yaranmış xalq mahnılarının geniş ictimaiyyət arasında təbliğinə həsr olunmuş bir neçə silsilə layihələr həyata keçirir.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Vətənim Azərbaycan” adlı layihənin iki tədbirdən ibarət açılış konserti təqdim olunub. İlk tədbirdə xanəndə Eldəniz Məmmədov böyük proqramla çıxış edib. İfaçını "Buta" instrumental ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri tarzən Rövşən Qurbanovdur.

Eldəniz Məmmədovun ifasında "Zabul" muğamı, "Zəminxarə" təsnifi, "Qarabağ şikəstəsi", "Sarı gəlin" xalq mahnıları və bəstəkar mahnıları alqışlarla qarşılanıb.

Qeyd edək ki, müxtəlif xalqların folklor musiqisinin və Azərbaycan muğamlarının, xalq mahnılarının təbliği baxımından Mərkəzin həyata keçirdiyi "Etnik musiqi inciləri" layihəsi də çox maraqlıdır. Bu layihə çərçivəsində təqdim olunan musiqili proqramları həm Azərbaycan, həm də xarici ölkə vətəndaşları arasında böyük rəğbətlə qarşılanır.

Layihə çərçivəsində bu gün Beynəlxalq Muğam Mərkəzində "Etnik musiqi inciləri" çərçivəsində Yunanıstan musiqiçisi Nikos Ksantulis "Qədim Lira aləti" adlı konsert proqramını təqdim edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video