Alternative content

07:29 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qazaxıstan ictimaiyyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlər barədə məlumatlandırılıb
Qazaxıstan ictimaiyyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlər barədə məlumatlandırılıb
ANA SƏHİFƏ / Mədəniyyət
04:03 29.03.2018

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstanın “Egemen Qazaqstan” rəsmi dövlət mətbuatına müsahibəsində rəhbərlik etdiyi Fondun gördüyü işlər, həyata keçirdiyi önəmli layihələr haqqında məlumat verib.

“Türk dünyasını birləşdirən bir addım” adlı müsahibədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən bəhs edən Günay Əfəndiyeva Fondun məqsədinin türk xalqlarını bir araya gətirmək, ortaq türk dünyası yaratmaq olduğunu söyləyib.

Türkdilli dövlətlərin ortaq dil, mədəniyyət, ənənələrlə bir-birinə bağlı olduğunu bildirən Fondun rəhbəri qeyd edib ki, buna baxmayaraq bir-birimiz haqqında az məlumatlıyıq. Buna görə də türkdilli ölkələr, xalqlar bir-birinə daha da yaxınlaşmalıdır.

Günay Əfəndiyeva Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin latın qrafikası əsasında tərtib olunmuş qazax əlifbasının yeni versiyasını təsdiqləyən Fərmanının əhəmiyyətini qeyd edib. O bildirib ki, bu addım yalnız Qazaxıstan üçün deyil, türk dünyası üçün də faydalı olacaq, gələcəkdə türk xalqlarının yaxınlaşmasına töhfə verəcək. Bu, “Mənəvi dirçəliş” dövlət proqramı çərçivəsində atılan bir addımdır. Bu proqram Qazaxıstanın inkişafına böyük töhfə verəcək.

Fondun rəhbəri Azərbaycanda latın qrafikasına keçidin ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış Fərmanla rəsmən başa çatdığını xatırladıb.

 

AZƏRTAC