Alternative content

14:11 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
02:03 29.03.2018

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7,  maddə 452, № 12, maddə 731; 2002, № 12, maddə 706; 2005, № 10, maddə 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddələr 1, 4, № 2, maddə 82,  № 6, maddə 570, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 4, maddə 250, № 8, maddə 696; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 3, maddə 171, №11, maddə 944; 2011, № 2, maddə 71, № 11, maddə 988; 2012,   № 11, maddə 1039; 2014, № 3, maddə 238; 2016, № 2 (I kitab), maddə 193, № 6, maddələr 982, 1018; Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 885-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 20.13-cü maddənin birinci abzasında “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilsin.

2. 32.4-cü maddədə “25 il qulluq etmiş işçilər xidmət illərinə” sözləri “35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2018-ci il