Alternative content

09:46 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “Genosid-100” adlı sərgi təşkil olunacaq
Bakıda “Genosid-100” adlı sərgi təşkil olunacaq
ANA SƏHİFƏ / Mədəniyyət
10:03 28.03.2018

Martın 29-da “Qalereya 1969”-da 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Genosid-100” adlı sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşacaq.

Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamların şəxsi kolleksiyalarından seçilmiş əsərlərdən ibarət sərgi soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə təşkil olunacaq.

Aprelin 3-dək davam edəcək sərgidə nümayiş ediləcək əsərlər məzmun və mahiyyət etibarı ilə xalqımızın mübarizə əzmini, faciənin dəhşətlərini, son yüz ildə ermənilər tərəfindən törədilən qanlı faciələrin və məkrli-siyasətin iç üzünü təsviri sənət əsərləri vasitəsilə bir daha geniş ictimaiyyətə çatdıracaq.