Alternative content

18:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu yaz bir başqa yazdır...
Bu yaz bir başqa yazdır...
ANA SƏHİFƏ / Mədəniyyət
12:03 28.03.2018

 

Beynəlxalq Poeziya Günü münasibətilə Novruz bayramı günlərində yeni yaradılmış Cəlilabad Poeziya Klubu Azərbaycan Yazıçılar Birliyi (AYB) Lənkəran filialının qonağı olub.

Regionda yaşayıb-yaratmış qələm adamlarının xatirəsinin yad olunduğu tədbiri AYB-nin Lənkəran filialının təmsilçisi Ağamir Cavad açaraq iştirakçıları salamlayıb. AZƏRTAC xəbər verir ki, “Bu yaz bir başqa yazdır...” devizi altında keçirilən görüşün ideya müəllifi Qardaşxan Əzizxanlı tədbirin məqsədindən danışıb. Bildirib ki, qarşıdan respublikanın ictimai-siyasi həyatında çox mühüm rol oynayacaq prezident seçkiləri və dövlət səviyyəsində qeyd ediləcək möhtəşəm yubileylər gəlir. Bu ab-hava regionların ədəbi mühitində də hiss olunmaqdadır.

Cəlilabad Poeziya Klubunun sədri, istedadlı şair Əlizadə Nuri, mətbuat katibi filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, poeziya məsələləri üzrə katib Əlirza Həsrət, ev sahiblərindən yazıçı Qafar Cəfərli, şairlər İslam Rzayev, Balayar Sadiq, riyaziyyat üzrə fəlsəfə doktoru Əlişirin Şükürlü və başqaları çıxış edərək poeziyanın nəzəri məsələlərinə toxunaraq yeni şeirlərini oxuyublar.

Sonda muğam və xalq mahnıları səslənib.