Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:37 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bağırsağın sağlam mikroflorası yaxşı immunitetin rəhnidir
Bağırsağın sağlam mikroflorası yaxşı immunitetin rəhnidir
ANA SƏHİFƏ / Səhiyyə
09:03 27.03.2018

Yazda bir çox insanları yuxu basır, onlar tez yorulur, ən xırda məsələlərdən qıcıqlanır, zahiri görünüşləri isə xəstəhal olur. AZƏRTAC “MedikForum” saytına istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, bütün bunlar qışın, günəş çatışmazlığının və avitaminozun fəsadlarıdır. Bəs sağlam və enerjili olmaq üçün nə etməli?

Alimlər bildirirlər ki, yazda günün işıqlı vaxtının uzanması nəticəsində orqanizmdə maddələr mübadiləsi sürətlənir: bu zaman insana daha çox enerji və hüceyrələrin yenilənməsi üçün zəruri olan faydalı mikroelementlər lazım olur. Bəsləyici maddələrin çatışmazlığı orqanizmin ümumi tonusunun düşməsinə, immunitetin zəifləməsinə və bunun nəticəsində mövsümi sağlamlıq problemlərinə, xroniki xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır.

Həkimlər hesab edirlər ki, orqanizmin ümumi vəziyyətini möhkəmləndirmək üçün ilk növbədə ürək-damar sistemini qüvvətləndirmək lazımdır. Bu dövrdə xüsusən duz və maye qəbulu nəzarətdə saxlanmalıdır.

Bundan əlavə, tərkibində C, B, E və A vitaminləri olan məhsulları yemək faydalıdır. Alimlərin sözlərinə görə, bu nutriyentlər tonusun bərpa olunması, sinir sisteminin sabitliyinin saxlanması və dərinin vəziyyətinin yaxşılaşması üçün əsas maddələrdir.

İmmunitetin yaxşı olması üçün bağırsağın mikroflorası sağlam olmalıdır. Mütəxəssislər tövsiyə edirlər: “Tez-tez soyuqlamaq və yorulmaq bağırsaqların işlək vəziyyətdə olmaması ilə bağlıdır. Təzə və fermentləşdirilmiş tərəvəz, meyvə, habelə ağartı məhsulları bağırsaq mikroflorasını və həzm traktını “sazlamağa” kömək edir”.

Baharda tənəffüs hərəkətləri də əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir, təzyiqi və qan dövranını normallaşdırır. Ürək, ağciyər və baş beyin oksigenlə yetərincə təmin olunmayanda, mübadilə prosesləri pozulur. Yazda xüsusən iynəyarpaqlı meşəyə tez-tez gəzintiyə çıxmaq məsləhət görülür. Ağciyəri şəhər havasının tərkibindəki zərərli maddələrdən təmizləmək üçün istirahət günləri təbiətin qoynunda dörd saat keçirmək kifayətdir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM