Alternative content

16:55 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Texniki sahələrdə təhsil alan və ya işləyən xanımlar “ADA” Universitetində bir araya gələcəklər
Texniki sahələrdə təhsil alan və ya işləyən xanımlar “ADA” Universitetində bir araya gələcəklər
ANA SƏHİFƏ / Təhsil
09:03 27.03.2018

 

Aprelin 21-də Hesablama Maşınları üzrə Assosiasiyanın (ACM) Azərbaycan bölməsi və “ADA” Universiteti ACM tələbə bölməsinin birgə təşkilatçılığı ilə “Ada mirası: informatikada qadınlar” mövzusunda növbəti tədbir keçiriləcək.

“ADA” Universitetindən AZƏRTAC-a bildirilib ki, tədbir informatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “WomENcourage 2018” konfransı ərəfəsində “ACM-W Avropa”nın dəstəyi ilə keçiriləcək. “ADA” Universitetində artıq üçüncü ildir ki, təşkil olunan tədbirin məqsədi texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirmək, beynəlxalq “WomENcourage 2018” konfransında iştirak etməyə həvəsləndirməkdir.

Tədbirdə ötən il Barselonada keçirilən “WomENcourage” konfransında iştirak etmiş tələbələr təcrübələrini bölüşəcəklər, informatikanın tədrisi istiqamətində “Kod Saatı”, “Bebras” müsabiqəsi və “LEGO” robotlarının istifadəsi barədə məruzələri dinlənəcək. Həmçinin konfrans üçün təqdim olunan tədqiqat işləri qiymətləndiriləcək.

Tədbirdə mütəxəssislərin rəyini öyrənmək istəyənlər aprelin 16-dək https://azerbaijan.acm.org/womencourage səhifəsindəki formanı dolduraraq müvafiq elektron ünvana göndərməlidirlər.

“WomENcourage” konfransı oktyabrın 3-dən 5-dək Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək. Konfrans informatikada nailiyyətlərini təqdim etmək və təcrübələrini bölüşmək üçün xanımları bir araya gətirir. Konfrans hər il bakalavr, magistrant və doktorantlara informatikanın istənilən istiqaməti üzrə tədqiqatlarını poster şəklində təqdim etməyə imkan yaradır. Posterləri qəbul olunmuş iştirakçılar konfransda qeydiyyat haqqının da daxil olduğu səfər təqaüdü üçün müraciət edə bilərlər.

Qeyd edək ki, əsası 1947-ci ildə qoyulmuş ACM-nin məqsədi informasiya texnologiyalarının sənət, elm, mühəndislik istiqamətlərini irəli aparmaqdır. ACM informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM