Alternative content

17:42 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Süni intellekt altı min yeni virus aşkar edib
Süni intellekt altı min yeni virus aşkar edib
ANA SƏHİFƏ / Səhiyyə
09:03 27.03.2018

 

Amerika alimləri yeni virusların axtarışı üçün süni intellekt yaradıblar.

AZƏRTAC İngiltərənin FederalPress agentliyinə istinadla xəbər verir ki, ixtira o qədər səmərəli olub ki, kompüter əvvəllər məlum olmayan altı min virus növü aşkar etməyi bacarıb.

Bioloq Saymon Ru kompüterlərə virusların genetik ardıcıllığını müəyyən etməyi öyrədəndən sonra genom məlumatlarını da yükləyib. Kompüter 10 mindən çox gen qrupunu bərpa edib, halbuki onlardan altısı əvvəllər elmə məlum olmayıb.