Şamaxı rayonunda əhalinin kütləvi tibbi müayinəsi davam edir və artıq bir sıra yaşayış məntəqəsində humanist aksiya başa çatıb.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tibbi müayinələrdən keçməli olan 71 min 545 nəfərdən bugünədək 24 min 857-si bu aksiyadan yararlanıb. Müayinə edilənlərin 3567 nəfəri ambulator, 119 nəfəri stasionar müalicəyə cəlb olunub, 93 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 66 nəfər isə ixtisaslaşdırılan tibb müəssisələrinə göndərilib.
Şamaxıda əhalisi tibbi müayinəyə cəlb edilən 63 yaşayış məntəqəsi var ki, onlardan 19-da, habelə 79 təşkilat və kollektivdə bu humanist aksiya başa çatıb.