Alternative content

01:14 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlı tələbənin Nyu-Yorkda konfransa təqdim etdiyi qətnamə BMT-də müzakirəyə çıxarılacaq
Azərbaycanlı tələbənin Nyu-Yorkda konfransa təqdim etdiyi qətnamə BMT-də müzakirəyə çıxarılacaq
ANA SƏHİFƏ / Təhsil
05:03 27.03.2018

Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Rəsul Mehdiyev Nyu-Yorkda, BMT-nin baş qərargahında keçirilən konfransın bölmə iclasında məruzə ilə çıxış edib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı tələbənin konfransa təqdim etdiyi qətnamə 130 ölkədən 119 səs toplayıb. Konfransda qəbul edilən qətnamə BMT-də müzakirəyə çıxarılacaq.

R.Mehdiyev uğurlu iştirakına və fəallığına görə Təşkilat Komitəsi tərəfindən “Ən yaxşı təmsilçilik” nominasiyası ilə təltif edilib.