27 Mart 2018 05:03
239
Mədəniyyət
A- A+

Azərbaycan həqiqətləri Afrika telekanallarında yayımlanacaq

Nigeriyadan olan bir qrup televiziya işçisi Azərbaycana gəlib. Qonaqlar ölkəmiz, onun tarixi, ənənələri, mədəniyyəti, dəbi, turizm və mətbəxi haqqında silsilə verilişlər hazırlayacaq. Verilişlər Nigeriyanın və Afrikanın digər ölkələrinin 10-dan çox telekanalında təqdim ediləcək. Layihənin təşkilatçısı Nigeriyadan olan həmyerlimiz, Beynəlxalq Qadın Təşkilatının meneceri, Azərbaycan-Nigeriya Dostluq Cəmiyyətinin rəhbəri Billurə Bayramovadır.

Billurə Bayramova AZƏRTAC-a bildirilib ki, silsilə verilişlər may-iyul aylarında Afrika ölkələrinin televiziya ulduzları Cina Exikodiojo və Cennifer Centetin (Fransa vətəndaşı) hazırladığı populyar "Foodies anad Spice" və "Lives of Nigerians in Diaspora" televiziya verilişləri çərçivəsində yayımlanacaq.

Onun sözlərinə görə, səfərin təşkilində əsas məqsəd Azərbaycanın təbliğatını Afrika ölkələrində aparmaqdır.

Novruz bayramında Bakıda olan Cina Exikodiojo və Cennifer Centet Şəki, Lahıc, Tərtər və ölkənin digər şəhərlərinə səfər ediblər, Azərbaycanın qonaqpərvərliyinə, təbiətinin gözəlliyinə, memarlıq abidələrinə və müasir binalarına, milli mətbəxinə və ölkə təbiətinə heyran qaldıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video