Alternative content

21:01 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Reyhan Camalovanın adı “Forbes” jurnalındakı gənc ixtiraçıların reytinq cədvəlinə daxil edilib
Reyhan Camalovanın adı “Forbes” jurnalındakı gənc ixtiraçıların reytinq cədvəlinə daxil edilib
ANA SƏHİFƏ / Elm və texnika
03:03 27.03.2018

 

Dünyanın nüfuzlu nəşrlərindən olan “Forbes” jurnalındakı gənc ixtiraçıların reytinq cədvəlinə ilk dəfə azərbaycanlı yeniyetmənin - Reyhan Camalovanın adı daxil edilib.

AZƏRTAC xəbər verir ki, “Forbes”in hesabatında ən gənc ixtiraçılardan biri kimi yer alan R.Camalova “İstək” liseyinin şagirdidir. Onun hazırladığı yağış suyundan enerji istehsal edən “Reynerci (Rainergy)” qurğusu jurnalda ən diqqətçəkən ixtiralardan biri kimi qeyd olunub.