Alternative content

18:44 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Süfrələr yaraşığı, məclislər bəzəyi və... sağlamlıq vasitəsi
Süfrələr yaraşığı, məclislər bəzəyi və... sağlamlıq vasitəsi
ANA SƏHİFƏ / Səhiyyə
11:03 27.03.2018

 

Badam süfrələr yaraşığı, məclislər bəzəyidir. Qənnadı sənayesində onun şirin ləpələrindən istifadə edilərək müxtəlif şirniyyatlar hazırlanır. Lakin badam müalicə vasitəsi kimi tibdə də geniş istifadə olunur.

AZƏRTAC xəbər verir ki, badam ləpələri doymamış yağ turşuları və bitki zülallarının təbii mənbəyidir və həmin maddələr orqanizmdə rahat mənimsənilir. Tərkibində olan zülallar orqanizm üçün vacib və əvəzolunmayan aminturşuları ilə zəngindir. Badam ləpəsində sümüklərin inkişafı və möhkəmlənməsi üçün faydalı olan bir sıra mineral, vitamin və fermentlər, xüsusilə kalsium, manqan, fosfor və maqneziumla zəngindir. Acı badamın tərkibində amiqdalin qlikozidin olması ləpəyə acı dad və özünəməxsus qoxu verir.

Tərkibindəki külli miqdarda E vitamini orqanizmə güclü antioksidant təsir göstərir. Qidalanma zamanı badamdan istifadə ediləndə orqanizm qrip, soyuqdəymə və virus infeksiyalarına qarşı daha dözümlü olur. Toxum qabığının tərkibində olan maddələr virus infeksiyasına yoluxanların sağalmasını sürətləndirir.

Şirin badam xalq təbabətində qanazlığı, yuxusuzluq, miqren və şəkərli diabet kimi bəzi xəstəliklər zamanı istifadə edilir. Badam qara ciyərin və dalağın işini yaxşılaşdırır, yüngül ödqovucu təsir göstərir, həzmi və iştahanı normallaşdıraraq yumşaldıcı təsir göstərir. Tərkibindəki minerallar sayəsində dərinin su-lipid balansını təmin edərək onu nəmləndirir, yumşaldır və hüceyrələrin regenerasiya prosesini stimulə edir.

Badamı qiymətli edən onun tərkibində yüksək miqdarda olan yağlardır. Acı badamda 45, şirin badamda isə 62 faiz yağ olur və onu soyuq presləmə yolu ilə alanda öz müalicəvi xüsusiyyətlərini saxlayır. Əczaçılıqda dərialtı inyeksiyaların, məlhəm və şamların hazırlanmasında istifadə olunur. Acı badam yağının tərkibində olan amiqdalin qlikozidi və sianid turşusuna görə daxilə qəbul edilməsi çox təhlükəlidir və onun yalnız xaricə istifadəsi məsləhətdir.

Şirin badam yağı isə həm daxilə, həm də xaricə istifadə edilir. Qəbizlik, pnevmoniya, bronxial astma və otit zamanı daxilə qəbul edilən şirin badam yağının müalicəvi təsirləri var. Yuxunu yaxşılaşdırır, zehni qabiliyyəti artırır.

Onunla masaj ediləndə asanlıqla sorulur, allergik reaksiya vermədən dərini nəmləndirir, qidalandırır və yenilənməni sürətləndirir. Üz dərisi və kirpiklərdən kosmetik vasitələrin silinməsi üçün ideal vasitədir. Badam yağı saç köklərini qidalandıraraq möhkəmləndirir, tüklərin elastiklik və parlaqlığını artırır.