Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:23 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri
Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri
ANA SƏHİFƏ / MSK
12:03 27.03.2018

 

Azərbaycan xalqı ötən əsrin sonlarına doğru dövlət müstəqilliyinə qovuşduqdan sonra hüquqi, demokratik, dünyəvi inkişaf yolunu seçmiş, dünyanın sivil toplumu olaraq güvəndiyi, öz taleyini etibar etdiyi legitim siyasi hakimiyyəti məhz demokratik, azad, şəffaf seçkilər yolu ilə - müstəqil, azad iradə əsasında seçmək əzmini nümayiş etdirmişdir. 1993-cü ildən bəri respublikamızda keçirilən hər bir seçki müstəqil Azərbaycan dövlətinin seçki təcrübəsində mühüm irəliləyişlərlə səciyyəvidir. Ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri, habelə referendumlar Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi baxımından böyük nəticələrlə yadda qalmışdır. Bu sahədə qazanılan nailiyyətlər əməkdaşlıq münasibətlərini getdikcə inkişaf etdirdiyimiz dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanmışdır. Ötən illərdə ölkəmizdə keçirilmiş hər bir seçkinin əvvəlki illə müqayisədə irəliyə doğru atılmış addım olduğu barədə beynəlxalq təşkilatların rəylərinin müqayisəli təhlili buna birmənalı sübutdur. Seçkilər sahəsində ciddi tərəqqinin əldə olunmasına baxmayaraq, təəssüflər olsun ki, seçki hüquqlarının həyata keçirilməsində bəzən nöqsan və çatışmazlıqlara da yol verilir.

Seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, seçkilərə hazırlıq dövründə və səsvermə günü Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi Mərkəzi Seçki Komissiyasının (MSK) ali məqsədidir. Seçki qanunvericiliyində seçicilərin seçib-seçilmək hüququ təsbit edilməklə yanaşı, vətəndaşların seçki hüququnun pozulmasına görə məsuliyyət də nəzərdə tutulub.
Seçki hüquqlarının pozulması və bununla bağlı vətəndaşların şikayət və müraciətlərinə baxılması sahəsində hazırlanmış mükəmməl qaydaların da özünəməxsus rolu vardır. Həmin qaydalar Seçki Məcəlləsi, MSK-nın Avropa Şurası Venesiya Komissiyası ekspertlərinin iştirakı ilə beynəlxalq seçki təcrübəsi və standartları nəzərə alınmaqla hazırladığı və 12 avqust 2008-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” və “Məntəqə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” təlimatlarla tənzimlənir.
Seçki Məcəlləsinin 112-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, müşahidəçilər və seçki komissiyalarının üzvləri şikayət vermək hüququna malikdir. Eyni zamanda Seçki Məcəlləsinin 22.10.5-ci maddəsinə görə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) seçki komissiyasının həlledici və məşvərətçi səs hüquqlu üzvləri də müvafiq yuxarı seçki komissiyasına və məhkəməyə şikayət edə bilərlər.
Seçki qanunvericiliyində həmin subyektlərin şikayət etmək hüququnu reallaşdırması üçün konkret müddət də müəyyən edilmişdir. Belə ki, yuxarıda adları çəkilən seçki subyektləri vətəndaşların seçkilərdə iştirak hüququnu pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Seçki Məcəlləsinin 112.11-ci maddəsinə əsasən seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr də eyni müddətdə baxırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət isə 3 gün müddətində verilə bilər.
Yuxarıda qeyd edilən təlimatın 1.2-ci maddəsində göstərilir ki, şikayətin verilmə müddətinin axını şikayətin verilməsi üçün hüququn əldə edilməsi anından, yəni vətəndaşların seçkilərdə iştirak hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlanır və şikayətin poçta və ya istənilən komissiyaya verilməsi anında bitir. Şikayət və müraciətlər müvafiq seçki komissiyası tərəfindən qanunla müəyyən olunmuş müddətdə və qaydada mahiyyəti üzrə baxılaraq qərar qəbul olunur. Əgər şikayət və müraciətə baxılması müvafiq seçki komissiyasının səlahiyyətinə aid deyildirsə, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir.
Seçki qanunvericiliyinə əsasən hər bir şikayət və ya müraciət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. Əgər şikayət obyekti hərəkətdirsə, məlum qanunsuz hərəkət etmiş şəxs qeyd olunmalı, hərəkətin məzmunu, onun törədildiyi yer və vaxt aydın şəkildə göstərilməlidir. Əgər bu hərəkətsizlikdirsə şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanı və ya şəxsi qeyd etməklə güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olmasını göstərməklə tələbini bildirməli, tarix qoymaqla həmin şikayəti imzalamalıdır. Əgər şikayət səlahiyyətli nümayəndə tərəfindən verilirsə, onda onun səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə edilməklə onun tərəfindən imzalanmalıdır. Şikayətçi öz ərizəsində şikayətin araşdırılmasında və iclasda iştirak etmək arzusunda olub-olmadığını da bildirməlidir.
Əgər şikayətdə təlimatda nəzərdə tutulan və yuxarıda qeyd edilən şərtlərdən hər hansı biri yoxdursa və bu səbəbdən tələb aydın deyilsə, şikayət onu göndərən şəxsə geri qaytarılır. Müvafiq seçki komissiyalarına təqdim edilmiş anonim şikayətlərə baxılmır və onlar daxil olduqdan sonra işə alınır.
Onu da qeyd edək ki, cari il aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçkilərdə iştirak hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasında 9, dairə seçki komissiyalarında isə 3 nəfərdən ibarət ekspert qrupları yaradılmışdır.
Seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayət və müraciətlərin araşdırılması ilə bağlı ekspert qrupu üzvlərinin şikayət üzrə əlavə məlumat tələb etmək, öz sorğu-sual və araşdırmasını aparmaq, əlavə məlumat almaq üçün komissiyanın sədri vasitəsilə dövlət orqanlarına müraciət etmək, zəruri hallarda əlavə dəlillər əldə etmək, komissiya üzvlərinin və katiblik əməkdaşlarının köməyindən istifadə etmək, zərurət olarsa şikayətin araşdırılması üçün qanunla nəzərdə tutulan digər tədbirlər görmək, şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy və qərar layihələrini təqdim etmək səlahiyyətləri vardır.
Seçki Məcəlləsinin 112-1.10-cu və müvafiq təlimatın 7.8-ci maddəsinə görə şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əlavə araşdırma tələb olunduğu halda, ekspert qrupunun üzvü göstərilən müddətin artırılması barədə ekspert qrupunun koordinatoru vasitəsilə seçki komissiyasının qarşısında vəsatət qaldıra bilər. Seçki komissiyası qaldırılmış vəsatətin əsaslı olması qənaətinə gələrsə, əlavə araşdırmanın aparılması barədə qərar qəbul etməlidir. Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır.
Ekspert qrupunun üzvü həmin şikayəti ilkin olaraq nəzərdən keçirir və şikayətin Seçki Məcəlləsi və sözügedən təlimatla müəyyən edilmiş qaydalara uyğun olub-olmamasını aydınlaşdırır. Bu zaman şikayətin qanunla müəyyən edilmiş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olması, səlahiyyətli komissiya tərəfindən həmin məsələ ilə bağlı əvvəlcədən qərarın qəbul edilməmiş olması, müraciət və ya şikayətin aidiyyəti üzrə məsələnin mahiyyəti üzrə qərar qəbuletmə səlahiyyəti olan seçki komissiyasına daxil olması aydınlaşdırılır. Ekspert şikayətin müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Şikayət və ya müraciət qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun olduqda ekspert qrupunun üzvü araşdırmaya başlayır və ilkin olaraq şəxsən, telefon və ya poçt vasitəsilə müraciət etmiş şəxslə əlaqə saxlayır. Şikayətçiyə şikayətin araşdırılması prosesində yeni sənədlər və digər dəlillər təqdim etmək, araşdırmada iştirak etmək hüququnun olması barədə məlumat verilir. Şikayət və müraciətlərin araşdırılması prosesində şəffaflığın təmin edilməsi əsas prinsiplərdən biridir. Əgər şikayətçi ərizəsində seçki komissiyasının iclasında iştirak etmək barədə arzusunu bildirərsə və yaxud araşdırma prosesində bu barədə müraciət edərsə, onun iclasda iştirakı təmin edilir.
Daxil olmuş şikayətin həm şikayəti qəbul etmiş komissiyanın, həm də başqa orqanın səlahiyyətlərinə aid olduğu müəyyən edilmişdirsə, ekspert qrupunun üzvü öz rəyində seçki komissiyasına həmin şikayətə komissiyanın səlahiyyətlərinə aid olan məsələlər üzrə mahiyyəti üzrə baxılmasını, digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün isə həmin orqana göndərilməsini təklif etməlidir. Seçki komissiyasına seçkilərdə iştirakla əlaqədar olmayan cinayət xarakterli yazılı şikayət daxil olduqda həmin şikayətin dərhal müvafiq prokurorluq orqanına göndərilməsi haqqında rəy verilir.
Seçki komissiyasına seçki subyektləri tərəfindən seçkilərlə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olduqda ekspert qrupunun üzvü araşdırma aparıb komissiya tərəfindən öz səlahiyyətlərinə aid hissədə tədbirlər görülməsi, şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gəldikdə isə həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul edilməsi üçün seçki komissiyasına rəy verməlidir. Seçki Məcəlləsinin 112-1.11-ci və müvafiq təlimatın 7.9-cu maddəsinə əsasən seçki hüquqlarının pozulması ilə əlaqədar seçki komissiyasına daxil olmuş şikayətlərə baxılması nəticəsində ekspert qrupunun üzvləri aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə rəy verə bilərlər. Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq müvafiq seçki komissiyasının qərarı ilə birlikdə dərc olunur (internet səhifəsində yerləşdirilir), şikayətçiyə çatdırılır və ya göndərilir.
Yuxarıda göstərilən bütün hüquq və prosedur qaydalar seçki hüquqlarının reallaşdırılmasının mühüm vasitəsi olmaqla bərabər, qarşıdan gələn Azərbaycan Respublikası Prezidentinin seçkilərinin azad, sərbəst və şəffaf keçirilməsinin səmərəli təminat vasitələrindəndir. Göründüyü kimi, seçki hüquqlarının pozulmasına görə məsuliyyət Seçki Məcəlləsi, Cinayət Məcəlləsi, Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Seçki hüquqlarının pozulmasına səbəb olmuş əməllər qanunvericiliyə uyğun olaraq, cinayət, mülki və ya inzibati məsuliyyət yaradır.
Seçki Məcəlləsinin 115-ci maddəsi vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutur. Həmçinin Seçki Məcəlləsinin 116-cı maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyaları adından namizəd, qeydə alınmış namizəd, habelə onların və siyasi partiya, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri barəsində bu məcəllədə nəzərdə tutulmuş hallarda qanun pozuntularına görə İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta protokolu tərtib etmək və cərimənin tətbiqi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci fəsli siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətaların dairəsini müəyyən edir və vətəndaşların seçki hüquqlarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 164-179-cu maddələrinə görə fiziki, hüquqi və vəzifəli şəxslər müxtəlif məbləğlərdə cərimə olunurlar. İnzibati Xətalar Məcəlləsinin təsir dairəsinin əhatəsindən kənar vətəndaşların seçki hüquqlarının pozulmasına görə cinayət məsuliyyəti də nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 159-cu, 159-1-ci, 160 -cı, 161-ci maddələri seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama və yaxud səsvermənin gizliliyini pozma halları cinayət qanunvericiliyinə müvafiq olaraq cinayət əməli hesab edilir.
Cinayət Məcəlləsinin 159-cu maddəsi (Seçki referendumda iştirak hüquqlarının həyata keçirilməsinə mane olma) 20 iyun 2003-cü il tarixli qanunla yeni redaksiyada verilmiş və bu maddəyə görə (159.1, 159.2, 159.3 maddələr) vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olma, vətəndaşı öz iradəsinə zidd səsverməyə məcbur etmə və ya onun səsverməsinə mane olma hərəkətləri müəyyən maliyyə vahidi məbləğində cərimə, habelə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 159.4, 159.4.1, 159.4.2, 159.4.3 maddələrinə əsasən bu məcəllənin 159.1-ci - 159.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 159-cu maddəsinin əlamətləri altına düşən əməlin - cinayətin obyekti Konstitusiyanın 56-cı maddəsində təsbit olunmuş seçki hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Həmin normaya əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, bələdiyyələrə seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Cinayət nəticəsində zərərcəkmiş qismində 18 yaşına çatmış fəaliyyət qabiliyyətli, seçki hüququna malik Azərbaycan vətəndaşıdır. Bu maddə blanket xarakterli olduğundan onun dispozisiyasında əks olunmuş və pozulmasına görə məsuliyyət nəzərdə tutulan qaydalar Seçki Məcəlləsində və MSK-nın qəbul etdiyi normativ xarakterli aktlarda öz əksini tapmışdır.
Vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə, habelə ümumxalq səsverməsində (referendumda) iştirak etməsinə mane olmaq cinayət əməli hesab olunur. Cinayət Məcəlləsinin 159.2-ci maddəsində nəzərdə tutulan cinayət obyektiv cəhətdən aşağıdakı əməllərdə ifadə olunur: a) vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə; b) namizədin müdafiəsi üçün imza toplanmasına mane olma.
Cinayət Məcəlləsinin 159.2-ci maddəsində vətəndaşı hər hansı namizədin lehinə imza atmağa məcbur etmə dedikdə Cinayət Məcəlləsinin 159.4.1-ci maddəsində nəzərdə tutulmuş üsullar istisna olmaqla hər hansı bir başqa üsulla seçicini namizədliyi irəli sürülmüş namizədin xeyrinə öz iradəsinin ziddinə imza vərəqəsinə imza atmağa məcbur etmə başa düşülməlidir. Vətəndaşın öz iradəsinin əleyhinə hər hansı namizədin lehinə imza atması bütün hallarda məcburetmə hərəkəti kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin şərh olunan 159.3-cü maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti iki qrup hərəkətlərlə xarakterizə olunur: a) vətəndaşı öz iradəsinin ziddinə səsverməyə məcbur etmə, b) vətəndaşın səs verməsinə mane olma.
Cinayət Məcəlləsinin 159-1-ci maddəsinin dispozisiyasında göstərildiyi kimi, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar blokunun seçki (referendum) kampaniyalarına müdaxilə etməsi və ya onu pozması Cinayət Məcəlləsinin 159-1.1-ci maddəsi ilə əlamətləri altına düşür. Cinayət Məcəlləsinin 159-1.2-ci maddəsi seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma əməli ilə əlaqədardır. Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma 159-1.3-cü maddənin təsiri altına düşür.
Cinayət Məcəlləsinin 160-cı maddəsi (Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) 30 dekabr 2003-cü il tarixli qanunla yeni redaksiyada verilmişdir. Həmin normaya əsasən seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya komissiya üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə məsuliyyət yaradır.
Ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə ağırlaşdırıcı hal hesab edilə bilər.
Cinayət Məcəlləsinin 160-cı maddəsində nəzərdə tutulmuş cinayətin obyekti seçki komissiyalarının normal fəaliyyətini təmin edən ictimai münasibətlərdir. Bu cinayətin ictimai təhlükəliliyi ilk növbədə onunla müəyyən olunur ki, seçki komissiyalarının qanuni fəaliyyətinə mane olma, eyni zamanda vətəndaşların seçki hüquqlarının tam və real həyata keçirilməsi üçün də təhlükə yaradır.
Cinayət Məcəlləsinin 161-ci maddəsində seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma barədə məsuliyyət nəzərdə tutulur. Cinayət Məcəlləsinin 161.1-ci maddəsinin tələblərinə əsasən seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması cinayətdir. Cinayət Məcəlləsinin 161.2-ci maddəsində seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin atılması cinayət hesab olunur.
Bu maddədə başqa şəxslər anlayışına seçki (referendum) komissiyasının üzvü olmayan 18 yaşına çatmış istənilən anlaqlı fiziki şəxs daxildir. Başqa şəxslərin yerinə səs verilməsi dedikdə, adı seçici siyahısında olan seçicinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə və ya etməməklə həmin seçicinin əvəzinə seçici siyahısında imzalamaqla hər hansı şəxsin səs verməsi başa düşülməlidir.
Qeyd olunanlardan belə qənaətə gəlinir ki, seçki hüquqlarının pozulması yolverilməzdir və bu hüquqların pozulması məsuliyyət yaradır.

Nizami NADİROV,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM