Alternative content

03:43 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnsan beynin yarısı olmadan da rahat yaşaya bilər
İnsan beynin yarısı olmadan da rahat yaşaya bilər
ANA SƏHİFƏ / Səhiyyə
05:03 26.03.2018

 

Bu yaxınlaradək hesab olunurdu ki, hətta ən cüzi zədə və ya müdaxilə beynin fəaliyyətinə mənfi təsir göstərə bilər. Bəzən bu, hətta əlilliyə gətirib çıxara bilər. Lakin britaniyalı alimlər sensasiyalı bəyanat veriblər.

AZƏRTAC “Meddaily” saytına istinadla xəbər verir ki, tədqiqat nəticəsində baş-beyin yarımkürələrindən birinin cərrahi üsulla götürülməsinin insanı heç də əlil etmədiyi, əksinə, onun tamdəyərli həyatını uzatdığı aşkar edilib. Alimlər beynin strukturuna radikal müdaxilənin pasiyentin təfəkkür proseslərini və davranışını dəyişməsi barədə mübahisə aparmırlar. Buna görə də beynin bir hissəsinin cərrahi üsulla götürülməsindən sonra tam uyğunlaşmaya xeyli vaxt tələb olunur. Bu müddət ərzində yerdə qalan sahələr itirilmiş hissənin funksiyalarını mənimsəyir. Əksər hallarda beyin bu vəzifənin öhdəsindən gəlir və bütün funksiyaları bərpa edir. Yeri gəlmişkən, beynin bir hissəsinin götürülməsindən sonra insanın vəziyyətinin yaxşılaşması halları da məlumdur. Buna nümunə kimi epilepsiyanı sağalda bilən faktlar göstərilir.