26 Mart 2018 03:03
255
Mədəniyyət
A- A+

Ahıska qızları Bakıda bir araya gəlib

Martın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V Beynəlxalq “Ahıska qızları” qabiliyyət yarışmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, yarışma Bakıda Dünya Ahıska Türkləri Birliyi (DATÜB), Azərbaycanda yaşayan Ahıska Türkləri “Vətən” İctimai Birliyi və Qazaxıstan “Ahıskalı Qadınlar” İctimai Birliyi tərəfindən təşkil olunub.

Tədbirdə Milli Məclisin deputatı Adil Əliyev çıxış edərək yarışmanın əhəmiyyətindən danışıb. Bildirilib ki, ölkəmizdə belə bir tədbirin keçirilməsi dünyada yaşayan ahıska türklərinin bir araya gəlməsi baxımından əlamətdardır.

Qeyd edilib ki, yarışmaya Azərbaycan başda olmaqla, Rusiya, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Ukrayna və Gürcüstanda yaşayan ahıska türkləri qatılıb. Yarışmanın proqramına şeir oxuma, “Mən bir ulduzam” mahnı və rəqs nümayişi, intellektual turnir, türk xalqlarının atalar sözləri və folklor nümunələrinin təqdimatı və “Şərqin incisi” moda nümayişi kimi mövzular daxildir.

Sonra müsabiqəyə başlanılıb.

Qeyd edək ki, müsabiqədə həm müasir üslublu geyimlər, həm də milli geyimlər nümayiş etdiriləcək. Müsabiqənin hər bir mərhələsində iştirakçının perfomansı üç dəqiqədir.

Müsabiqə ərzində iştirakçının bacarıqlarını qiymətləndirərkən, bədii oxu və bədii mətnin seçilməsinin orijinallığı nəzərə alınacaq.

Müsabiqənin qalibləri Dünya Ahıska Türkləri Birliyi və Qazaxıstan “Ahıskalı Qadınlar” İctimai Birliyi tərəfindən diplom və qiymətli mükafatlarla təltif olunacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video