Alternative content

07:51 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yüksək kaloriyə malik səhər yeməyi arıqlamağa kömək edir
Yüksək kaloriyə malik səhər yeməyi arıqlamağa kömək edir
ANA SƏHİFƏ / Səhiyyə
07:03 25.03.2018

Təl-Əviv Universitetindən olan tədqiqatçıların fikrincə, yüksəkkalorili səhər yeməyi piylənmədən və 2-ci tip şəkərli diabetdən əziyyət çəkən xəstələrin arıqlamasında kömək edir, diabetin əlamətlərini yüngülləşdirir və insulinə tələbatı azaldır.

AZƏRTAC “Medportal” saytına istinadla xəbər verir ki, yeni tədqiqat xəstələrdə yüksəkkalorili səhər yeməyinin, orta miqdarda kalorili nahar və yüngül şam yeməyinin ənənəvi pəhrizdən, yəni gün ərzində 6 dəfə yeməklə kalorinin bərabər miqdarda bölündüyü müalicə pəhrizindən daha effektiv təsir göstərdiyini aşkar edib.

Tədqiqatın müəllifi Daniela Yakuboviçin fikrincə, səhər yaxşı yeyən xəstələr gün ərzində aclıq hissi keçirmir. Bu, həmçinin çəkinin azalmasına kömək edir, eləcə də insulindən az miqdarda istifadə edilir.

“Qida qəbulunda yeməyin vaxtı və miqdarı gün ərzində kalorinin dəqiq və bərabər miqdarda bölünməsindən daha yaxşıdır. Bizim metabolizm gün ərzində dəyişir. Səhər yeyilən bir tikə çörəklə axşam yeyilən həmin miqdarda çörəyin orqanizmə təsiri tamam fərqlidir”, - deyə Daniela Yakuboviç söyləyib.

D.Yakuboviç və onun həmkarları piylənmə və 2-ci tip şəkərli diabetdən əziyyət çəkən, insulinlə müalicə olunan 11 qadın və 18 kişinin səhhəti ilə bağlı müşahidə aparıblar. Onların orta yaşı 69 olub. Pasiyentləri iki qrupa bölüblər, lakin onların gün ərzində qəbul etdikləri kalorinin miqdarı eyni olub. Birinci qrupda səhər yeməyi yüksəkkalorili, nahar orta, şam yeməyi yüngül olub. İkinci qrup üçün ənənəvi pəhriz olub: gün ərzində 6 dəfə - səhər, günorta və axşam yeməyi və bunlar arasında üç dəfə olmaqla bərabər miqdarda kaloriya malik qida qəbulu.

Üç aydan sonra birinci qrupdan olanlar orta hesabla 5 kiloqram, ikinci qrupdakılar isə 1,4 kiloqram arıqlayıb. Birinci qrupda karbohidrata tələbat və aclıq hissi ikinci qrupdan az olub. Bundan başqa, birinci qrupda qlükozanın miqdarı eksperimentin ilk 14 günündə xeyli azalıb, habelə pasiyentlər insulindən daha az istifadə ediblər.