Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:36 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bahar nə xoş gəlib
Bahar nə xoş gəlib
ANA SƏHİFƏ / Mədəniyyət
12:03 25.03.2018

 

Təbiətin oyanışı, köçəri quşların dönməsi, yaşıl otların boy verməsi, bülbüllərin xoş avazı könlümüzü Bahar sevgisi ilə riqqətə gətirir. Novruzun qədimliyi və növrağı bizi ona daha çox bağlayır. Novruz bəşər övladları arasında hər cür fərqi aradan qaldıran müqəddəs və möhtəşəm birlik günüdür. Bu bayramda təbiətin özü belə - canlı və cansız nə varsa, ruhən yeniləşir, donunu dəyişir, sanki insanların zövqünü zənginləşdirməyə, bəzəməyə çalışır. 

Azərbaycanın gözəl məkanlarından olan Quba və Qusarda keçirilən Novruz şənliklərində bu vəhdətin incəlikləri ilə qarşılaşmaq mümkündür. Ölkənin şimalındakı qarlı zirvələr, gurlayan coşqun çaylar, dağ ətəklərinə naxış salan bahar çiçəkləri buranı özünə azərbaycanlılarla yanaşı, əbədi yurd seçən müxtəlif xalqların nümayəndələri arasında da bir bağlılıq, doğmalıq var. Qışı zirvələrində, baharı ətəklərində qarşılayan Quba və Qusar yaşadığı tarixi hadisələrə görə də sanki Azərbaycanın kiçik bir modelidir. Xalqımız tarixin ən qarışıq, ən çətin məqamlarında da beynəlmiləlçiliyini, tolerantlığını qoruyub. Bu gün Azərbaycan neçə azsaylı xalqın, etnik qrupun dinc, əmin-amanlıq şəraitində, bərabərlikdə və qardaşlıqda yaşadığı ölkədir.
Şimal qapımız olan Qusarda bayrama boz ay başlayandan hazırlıq görülür. Böyüklü-kiçikli hamı odun yığmağa başlayır. İki-üç evin adamları odunu bir yerə yığır, sonra onu əvvəlcədən müəyyənləşdirdikləri həyətə daşıyırlar. Hər məhlədə yığdıqları odunları bir nəfərə tapşırdıqdan sonra öz aralarında Keçəli, Kosanı seçirlər. Novruza ləzgi dilində “Yaransuvar” (Yeni gün) deyirlər.
Hələ fevralın əvvəllərində - çərşənbə axşamlarından qabaq mis qaba su töküb saxlayırlar. Həmin qabın ağzını örtməzlər. İnanca görə, ilin ruzi-bərəkəti ora topalanar. Çərşənbə günlərində həmin su dolu qabı 7 evə aparırlar. Hərə o sudan istədiyi qədər içir. Əgər su 7 nəfərə çatarsa, arzularının qərarlaşacağına inanırlar. Həmin 7 nəfər bir yerə yığılar bir-birini təbrik edər, deyib-gülər, şənlənərlər.
Bayram axşamı tonqallar qalanar, millətindən asılı olmayaraq, hamı ocaq başına yığılar. Məşhur Ləzginkanın sədaları altında rəqs edər bolluca lətifə danışarlar. Bayramda hər evdə mütləq plov bişirərlər. Həmin plovu qonşularla paylaşarlar. Öncə kimsəsizlər, ailə başçısını itirənlər, övladı əsgərlikdə olanlar yad edilər. Onları təbrik etdikdən sonra hamı qalanan tonqalın başına yığışar, mahnı oxuyar, rəqs edər, musiqi sədaları gecə yarıdan keçənədək eşidilər.
Qusarda icra edilən adətlərdən biri də Novruz axşamı yeni evə daxil olmaq, elçilik etmək kimi ənənələrdir. Kimin elçiliyi qəbul edilsə, demək, tezliklə toy olacaq. Hətta elə tonqal başında toyun gününü də müəyyənləşdirərlər. Bayram axşamı doğulan uşaqlara Novruz və Bahar ismini verərlər.
Qusarlıların həmin günlərdə evləri qonaqlı-qaralı olar. Hətta işləmək üçün müxtəlif şəhərlərə gedən qusarlılar geri qayıdar, Novruzu evlərində keçirərlər. Öz aralarında belə deyərlər ki, evdə olaq, ruzimiz dalımızca gəlsin. Qohumlar bir yerə yığışır və Novruz gecəsini birlikdə qeyd etsinlər.
Qusarlılar Novruz bayramını çox şən keçirirlər. Onlar sanki bununla bütün dərd-sərlərinə qalib gəlirlər. Küsülülər belə həmin günü barışır, bir-birlərindən üzr istəyirlər. Bu da qəlb təmizliyindən irəli gəlir. Çünki dağların havası kimi, insanları da pirani və ədalətli olurlar.
Qusardan 15 kilometrlik məsafədə yerləşən Qubada yaşayan 154 min əhalinin əksəriyyəti azərbaycanlılar olsa da, burada 20 minə yaxın tat və ləzgi, 2 mindən çox məhsəti türkü, 4 mindən çox xınalıqlı, 3 500 buduqlu, 2000 qırızlı, 1000 rus, tatar, gürcü, ukraynalı, belarus, 4 minə yaxın yəhudi yaşayır. Qubanın milli mozaikasında hər xalqın özünəməxsus yeri, naxışları var. Müxtəlif xalqların təmsilçiləri burada bir ocaq başına yığışmış mehriban ailəni xatırladırlar. Necə deyərlər, ocaq da ürək kimi qaynar və soyuq ola bilər. Hər kəsə ürək qızdırma mümkün olmadığı kimi, hər ocağın istisinə də qızınmaq olmur. Qubada Novruz şənliklərinin hərarəti meydanlarda, küçələrdə qalanan bayram tonqallarının istisinə və insanların sevincinə qarışır.
Novruzlu Quba bir az da bayram xonçasını xatırladır. Hər kəs bu xonçaya öz mövcudluğu, fərdiliyi ilə yeni rəng, çalar qatır. Öz adətinin, mətbəxinin, inanc və sınamasının bir nemətini - naxışını qoyur. Qubada deyərlər ki, Novruz özünü yetirincə yeddi dəfə çölün-düzün, bağ-bostanın yaşıl nemətinin göy qutabını yemədinsə, demək, sənin bahardan xəbərin yoxdur. Səməni umacı, halvası çalıb, qonşuya, qohuma-yada paylamadınsa, bu nə Novruz qarşılamaq oldu?!
Axır çərşənbədə sübhün gözü açılmamış, qara sap ağ sapdan seçilənədək çay kənarına gedər, axar su üstündən keçər, yuyunarlar. Evdəki bütün qab-qacağı çərşənbə suyu ilə doldurarlar. Həmin sudan saxlayıb, əkin vaxtı bağ-bostana çiləyərlər ki, məhsul bol, il ruzili olsun. Sonra mütləq azar-bezardan, ağırlıqdan xilas olmaq niyyəti ilə budaq altından keçərlər. Evin kişiləri ailə üzvlərinin adına heyva budağı kəsər, qırmızı parçadan kəsib ağaca, dirəyə bənd edərlər ki, qara yaz qonmasın çöhrələrinə...
Bayram axşamı, az qala, hər məhəllədə çalıb-oynayan cavanlar, xoruz döyüşdürən uşaqlar, sim pəhləvanı, Keçəl-Kosa cütlüyü bir ayrı rəng qatar ovqatlara. Nügədi kəndində cavanlar yaxındakı Bəhyə dağına qalxar, əvvəlcədən hazırladıqları iri bayram şamlarını ən yüksəkdə yandırmaqda bəhsə girərlər.
Quba mətbəxinin ən ləziz yeməkləri, lətif şirniyyatları, qax-qoz, löyün-löyün çərəzlə dolu xonçalar düzülər süfrəyə. Axır çərşənbədə, Novruz axşamında papaqatdıya çıxacaq uşaqların payının tədarükü əvvəldən yerbəyer edilər. Qubanın adla deyilən paxlavası, bükməsi də öz yerində. Nügədi kəndində bişirilən paxlavanı heç yerdə görməzsən. El arasında buna pitik paxlava, üçkünc paxlava da deyirlər. Bu şirniyyat qadınlardan əsl mənada məharət, qabiliyyət tələb edir.
Xınalıqlılar axır çərşənbədə oğlan evindən nişanlı qız evinə yeddi pay göndərərlər. Buna Xınalıq dilində “yig tikə” deyirlər. Sevgi, sağlamlıq, ruzi, bərəkət, mehribanlıq, sədaqət və övlad rəmzlərini xatırladan bu yeddilik gələcək ailəyə dilənən arzulardır.
Qubanın Qırmızı qəsəbəsində yaşayan yəhudilər də Novruz bayramını eyni coşqu ilə qarşılayırlar. Bayram günü əhalinin böyük hissəsi eşiyə çıxır, bir-birinin yeni gününü təbrik edirlər. Axşam alovlanan tonqallar bu yaraşıqlı qəsəbəni nura bürüyür. Tonqal başına yığışanlara şəkərbura, paxlava, qoğal paylanır. Bu tonqalın başında etiqadından asılı olmayaraq hamı yanaşı dayanır. Şənlik gecə yarıdan keçənədək davam edir.
Qubada Novruz şənliklərinin sonunda, bayramın 13-cü günündə səməniatma mərasimi keçirilir. Bu adətin, deyilənə görə, təqribən yarımminillik yaşı var. Həmin gün əllərində səməni olan insanlar Qudyalçayın sahilinə gələrlər. Səmənini axar suya buraxarlar. Niyyət edərlər ki, gələn Novruza arzusu çin olsun, gəlsin burada şirni paylasın. Bayramda qocaların, kimsəsizlərin qapısını açmaq, könlünü xoş etmək, əzizlərinin ruhlarını yad etmək təkcə adət yox, həm də düşüncə tərzidir. Həmin gün hərə öz bişirdiyindən, asdığı qazandan qonşuya pay çəkər. Evin balacaları onları sahiblərinə çatdırar. Bundan sonra özləri yeməyə oturarlar.
Quba və Qusar rayonlarında çox vaxt yazın gəlişi qarın yağması ilə müşahidə olunur. Ağsaqqallar bildirirlər ki, bu, ruzi-bərəkətə işarədir. Bir də hansı baharda qar yağarsa, həmin il məhsul bol olar.
Adət-ənənələri ayrı olsa da, Qubada yaşayan azsaylı xalq və etnik qrupların nümayəndələrini daha çox ümumi cəhətlər birləşdirir. Bu, Novruzda daha çox görünür: insanlar açıq ürəklə, xoş niyyətlə, təmiz arzularla bir-birinə yaxınlaşır, tanıdı-tanımadı, qarşılarına kim çıxdısa, təbrik edirlər. Hər kəsin süfrəsi də əziz qonağa açıqdır.

Akif ƏLİYEV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM