Alternative content

14:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İmişlidə 47 mindən çox rayon sakini kütləvi tibbi müayinədən keçirilib
İmişlidə 47 mindən çox rayon sakini kütləvi tibbi müayinədən keçirilib
ANA SƏHİFƏ / Səhiyyə
09:03 24.03.2018

İmişlidə əhalinin kütləvi dispanserizasiyası uğurla davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələrində, eləcə də laboratoriyada insanların tibbi müayinəsi üçün lazımi imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət 15 peşəkar həkim briqadası fəaliyyət göstərir. Artıq 19 yaşayış məntəqəsi, 36 təşkilat və müəssisədə müayinələr başa çatıb.

Humanitar aksiya rayon üzrə 95 min 754 nəfəri əhatə edir. Kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Səyyar həkim briqadaları bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə aparır.

Rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Sərahim Məlikov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, həmçinin 6 kənd və qəsəbə xəstəxanası, 67 nəfərdən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub. Bu günə kimi 47 min 622 nəfər rayon sakini tibbi müayinədən keçirilib. Müayinələrdən keçirilmiş vətəndaşların 499 nəfəri ambulator, 59 nəfəri isə stasionar müalicəyə cəlb olunub, 38 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. Yerli şəraitdə müalicəsi mümkün olmayan 47 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssələrinə göndərilib.