Pekində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin təşkilatçılığı ilə Novruz şənliyi keçirilib
Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın və Tacikistanın Çindəki səfirliklərinin birgə təşkilatçılığı ilə Pekində Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumları rəsmilərinin, Pekindəki diplomatik korpusun təmsilçilərinin, bu ölkədəki Azərbaycan və Mərkəzi Asiya ölkələri icmalarının nümayəndələrinin iştirak etdikləri şənlik açıq havada təşkil olunub.
Qazaxıstan səfiri Şahrat Nurişev Pekində ənənə halını alan Novruz şənliklərinin iştirakçı ölkələrin birgə mədəni irsi olan Novruzun tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı xalqımızın ən əziz bayramlarından olan Novruzun ölkəmizdə təntənəli şəkildə keçirildiyini diqqətə çatdırıb. Novruz bayramı adət-ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu deyən səfir bildirib ki, dünyada 300 milyondan çox insan tərəfindən qeyd edilən, sülh, dostluq və tolerantlıq ideyalarını özündə birləşdirən Novruz BMT ideallarını tam əks etdirir.
Mərasimdə iştirakçı ölkələrin milli yeməklərindən və şirniyyatlarından ibarət xüsusi guşələr təşkil olunub. Azərbaycan guşəsində plov, kabab, dolma, kükü ilə yanaşı, təqdim olunan Novruz şirniyyatları qonaqların xüsusi marağına səbəb olub.
Şənlik zamanı iştirakçı ölkələrin təmsilçilərinin ifasında konsert proqramı da təşkil olunub. Gənc xanəndələr Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyev və kamança ifaçısı Ceyhun Muradovun təqdimatında Azərbaycan musiqisi səslənib. Qonaqlar Azərbaycan musiqisinin sədaları altında rəqs ediblər. Bundan başqa, uşaqlar Novruza aid mahnı oxuyub, şeirlər söyləyiblər.
Mərasim zamanı güləş, ağırlıqqaldırma, kəndirdartma yarışları keçirilib.
Qeyd edək ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Daha sonra, BMT Baş Assambleyasının 2010-cu ilin fevralında qəbul etdiyi qətnaməyə əsasən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!