Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

12:04 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vaşinqtonda “Leyli və Məcnun” operası nümayiş etdirilib
Vaşinqtonda “Leyli və Məcnun” operası nümayiş etdirilib
ANA SƏHİFƏ / Mədəniyyət
09:03 23.03.2018

Martın 22-də dünya şöhrətli “Leyli və Məcnun” operasının Vaşinqton şəhərində premyerası olub. Yeni versiyada böyük uğurla təqdim olunan görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin operası ABŞ-nın məşhur Kennedi Mərkəzinin “Opera Evi” zalında nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, operadakı ifaları iştirakçılara Azərbaycanın Xalq Artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar Artist Fərqanə Qasımova çatdırıblar. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən reallaşdırılıb. İfalarda dövrümüzün ən məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.

Kennedi Mərkəzinin mətbuat açıqlamasında deyilir ki, faciəvi sevgini əks etdirən opera 1908-ci ildə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərinə uyğunlaşdırılıb. Qeyd edilir ki, məşhur Nizami Gəncəvi və Məhəmməd Füzuli tərəfindən tərcümə olunan hekayə Yaxın Şərqdə və digər mədəniyyətlər arasında məşhurdur. Qərbdə daha çox tanınan “Romeo və Cülyetta” hekayəsinə bənzər, lakin ondan bir qədər əvvəl yazılan “Leyli və Məcnun” əsəri çoxsaylı incəsənət formatlarında nümayiş etdirilib. Bir çox şeir, vizual incəsənət əsəri, ədəbiyyat, kino və musiqilər məhz “Leyli və Məcnun”dan ilham alınaraq ərsəyə gətirilib.

Bu layihənin ən önəmli simalarından biri, görkəmli muğam ustası Alim Qasımovdur. On iki il əvvəl o, “Leyli və Məcnun”un yeni versiyasının yaradılması barədə öz fikrini məşhur violonçel ifaçısı Yo-Yo Ma ilə bölüşüb, məhz o vaxtdan da Azərbaycan musiqisinin incisi olan “Leyli və Məcnun” ABŞ-ın ən nüfuzlu musiqiçilərinin diqqət mərkəzindədir. Alim Qasımovun bənzərsiz səsi və sənəti “Leyli və Məcnun” layihəsinin ərsəyə gəlməsini və onun uğurunu şərtləndirən ən başlıca amillərdəndir. O, Fərqanə xanımla birgə musiqi tariximizdə ən təsirli “Leyli və Məcnun” cütlüyünü yarada bilən nadir sənətçilərdəndir.

Mark Morris müasir xoreoqrafiya dünyasında ən tanınmış sənətkarlardandır. 2016-cı ildə nüfuzlu “Nyu-York Tayms” qəzeti onu “hazırda fəaliyyət göstərən ən uğurlu və ən çox təsir göstərən xoreoqraf” adlandırıb. 1980-ci ildə o, Mark Morris Dance Group (MMDG) adlı rəqs kompaniyasının təməlini qoyub və son 36 il ərzində 150-dən artıq layihə reallaşdırıb. Mark Morrisin layihələri dünyanın ən nüfuzlu səhnələrində, o cümlədən ABŞ-ın Metropoliten Operasında və Böyük Britaniyanın Kovent Qarden teatrında dəfələrlə nümayiş olunub.

Mark Morrisin “Leyli və Məcnun” operasına marağı 2007-ci ilə təsadüf edir. O zaman Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı Alim və Fərqanə Qasımovlarla birgə ilk dəfə olaraq bu operanın yeni, yığcam versiyasını ABŞ-da, Kanadada, Avropanın və Asiyanın bir neçə ölkəsində ifa etmişdi. Morris o zamandan həmin ifaya rəqsin əlavə olunmasını düşünürmüş. Nəhayət, 2016-cı ildə həmin layihə reallaşdı. Həmin ilin mart ayında Mark Morris Bakıya səfər edib, Alim Qasımovla və digər musiqiçilərlə görüşüb, Azərbaycan musiqisi və mədəniyyəti ilə taniş olub. Həmin səfərdən sonra “Leyli və Məcnun” layihəsi öz əsas, həlledici mərhələsinə qədəm qoyub. Son iki il ərzində konsertlər ABŞ-ın bir çox şəhərlərində, o cümlədən Berklidə, Sietlda, Ənn Arborda, Çikaqoda və Nyu-Yorkda Amerika auditoriyasını heyran qoyub. “Leyli və Məcnun”un tamaşalarından əvvəl Azərbaycan xalq musiqisinin səslənməsinə qərar verilib. Hər tamaşanın əvvəlində gənc muğam ifaçıları, muğam müsabiqəsinin laureatları Kamilə Nəbiyeva və Mirələm Mirələmov öz məharətli ifaları ilə tamaşaçıları sanki muğamın sirli-sehrli dünyasına dəvət ediblər. Alim Qasımovun ansamblının üzvləri Əməkdar Artist Rauf İslamovun (kamança) və Zəki Vəliyevin (tar) məharətli və professional ifalarını da xüsusilə qeyd etmək lazımdır.

“Leyli və Məcnun” layihəsinin təməlini qoyanlardan biri də 2017-cı ildə dünyasını dəyişən Böyük Britaniyalı rəssam Hovard Hockindir. Hockin qədim Şərq miniatürlərinin dərin araşdırılması əsasında səhnənin tərtibatını, rəqqasların və musiqiçilərin geyiminin dizaynını hazırlamışdı.

“Leyli və Məcnun” layihəsində, həmçinin tanınmış Azərbaycan musiqişünası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetində müəllim kimi fəaliyyət göstərən Aida Hüseynova da iştirak edib. O, həmin layihənin elmi məsləhətçısı kimi, tamaşalardan əvvəl “Leyli və Məcnun” əsərinə həsr olunmuş simpoziumlarda məruzələrlə çıxış edib. Bütün şəhərlərdə tamaşaçılara təqdim olunan bukletlərdəki mətnin müəllifi də Aida Hüseynovadır. Aida xanımın təşəbbüsü ilə bukletlərə tanınmış Azərbaycan rəssamı Sənan Səmədovun “Muğam triosu” rəsmi də daxil edilib.

“Leyli və Məcnun” operasının Mark Morris tərəfindən hazırlanan yeni versiyası Azərbaycan musiqisi, mədəniyyəti üçün önəmli və tarixi bir hadisədir. Məhəmməd Füzulinin şeir dünyası, Üzeyir Hacıbəylinin musiqisi, Alim Qasımovun sənəti, ulu muğamımız, bir sözlər, Azərbaycan mədəniyyətinin bütün bu inciləri ABŞ-ın ən nüfuzlu konsert salonlarında musiqisevərlərə çatdırıldı, ən mötəbər ictimai dairələrdə marağa və müzakirələrə səbəb oldu. İlk tamaşadan sonra “Nyu-York Tayms” qəzetində dərc olunan məqalə belə tamamlanır: “Konsertlərdən zövq aldığımızdan sözsüz ki, biz Azərbaycan musiqisi və Üzeyir Hacıbəylinin musiqisi ilə daha yaxından tanış olmağa səy göstərəcəyik”. Bu da yəqin ki, layihənin ən önəmli, ən vacib nəticəsidir.

Konsertlər, həmçinin ABŞ-ın İllinoys və Nyu-York ştatlarında da keçirilib. Opera amerikalılar tərəfindən heyranlıqla qarşılanıb. Qeyd edək ki, Vaşinqtonun Kennedi Mərkəzində “Leyli və Məcnun” operası martın 23 və 24-də də nümayış etdiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM