Alternative content

14:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Novruz bayramı xoş ovqat yaradıb
Novruz bayramı xoş ovqat yaradıb
ANA SƏHİFƏ / Mədəniyyət
12:03 23.03.2018

 

Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan Novruz bayramı ənənəvi olaraq İsmayıllı rayonunda da xüsusi təmtəraqla qeyd edilib. Bütün ismayıllılılar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə mərkəzi meydanda təşkil olunmuş tədbirə toplaşıb.

Bayram şənliyində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruzəli Aslanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri təmsil olunublar. Həmçinin orta-ixtisas, ümumtəhsil, səhiyyə, mədəniyyət və digər idarə müəssisə və təşkilatların kollektivləri, rayona gəlmiş qonaqlar, eləcə də rayon sakinləri möhtəşəm tədbirdə iştirak ediblər.

Bayram tonqalı alovlandırıldıqdan sonra tədbir iştirakçılarını  təbrik edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, qədim adət-ənənələri özündə ehtiva edən Novruz bayramı  həmişə xalqımız tərəfindən təntənə ilə qeyd olunur. Qədim zamanlardan başlayaraq Novruz bayramında  müxtəlif tədbirlər həyata keçirilir. İcra başçısı onu da vurğulayıb ki, bu bayramın yüksək səviyyədə qeyd olunmasına ulu öndər Heydər Əliyev böyük  önəm verirdi. Hər zaman ümummilli lider Novruz bayramının tarixi və milli ənənələrimizə uyğun şəkildə keçirilməsinə ən yüksək səviyyədə şərait yaradıb. Bu gün isə həmin ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Bir tərəfdə yarışan pəhləvanlar, digər tərəfdə  bəzədilmiş rəngarəng Novruz xonçaları, dadlı-təamlı milli mətbəx nümunələri, həmçinin şən və maraqlı konsert proqramı ilə çıxış edən incəsənət ustaları mərkəzi meydanı bayram ovqatına bürümüşdü.

Bayram şənliyində tədbir iştirakçıları və qonaqlar rayonun özünəməxsus milli mətbəxindən ləziz təamlarından dadıblar. Tədbirə xüsusi rəng qatan Kosa və Keçəlin duzlu-məzəli söhbətləri alqışlarla qarşılanıb. Ümumilikdə isə Novruz şənliyi hər kəsə xoş və unudulmaz anlar yaşadıb.

 

Əli SƏLİMOV,

“Azərbaycan”