22 Mart 2018 09:03
380
Səhiyyə
A- A+

Ekspertlər evdə ölümcül təhlükənin ilk beşliyini açıqlayıblar

Hər bir insanın yaşadığı yeri onun qalası adlandırmaq olar. Lakin bir çoxlarının bu evin divarlarında gizlənən ölümcül təhlükələrdən xəbərləri yoxdur. Buna görə də mütəxəssislər evdə ən təhlükəli olan və onun sakinlərinin ölümünə gətirib çıxaran TOP-5-liyi tərtib ediblər.

AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, siyahıda birinci yerdə adi hava qeyd olunub. Havada allergiyanın ən geniş yayılma səbəbi olan toz gənəsi yaşayır ki, istər-istəməz nəfəsimizlə onu orqanizmə qəbul edirik. Əksər hallarda bu gənə astmanı törədə bilir. Danimarkalı mütəxəssislər müşahidə ediblər ki, astma xəstələri döşəkdə olan tozdan əziyyət çəkirlər. Əgər çarpayıda 1 qram tozda 100 gənə normal hesab edilirsə, 1 qram tozda 110 gənə aşkar olunub. Bunun qarşısını almaqdan ötrü mənzilin havasını tez-tez dəyişmək və rütubətin qarşısını almaq vacibdir. Çünki rütubət gənənin çoxalmasına şərait yaradır.

İkinci yerdə məişət kimyasıdır. ABŞ alimləri standart təmizlik vasitələrini araşdırıblar. Məlum olub ki, onların tərkibində daha çox olan ftalatlar hormonlara və testosteronun yaranmasına təsir edir. Bundan əlavə, evlərdə tozla yanaşı, fenol qalıqları da müşahidə olunub ki, insanlar bununla nəfəs alıblar. Bütün bu cisimlər immunitetə ziyan vurur, hormonal mühiti pozur və nəticədə xərçəngə gətirib çıxarır. Ətirli şamlar da çox təhlükəlidir. Səbəb onların tərkibindəki qurğuşundadır. Hamilə qadınlara bu tip şamdan və çöplərdən istifadə etmək məsləhət görülmür. Əks halda bu, genetik mutasiyaya, astmaya, dermatitə və onkoloji xəstəliklərə səbəb olur.

Siyahıda daha sonra otaq bitkiləri, məsələn, aloe gəlir. Evdə bu bitkidən hazırlanan sulu dərmanlar ürək və əzələ, qaraciyər və allergiya problemləri yaradır. Top-5-lik kiflə qapanır. Kif ağciyər, astma, allergiya və s. xəstəliklərə səbəb olur. Sadəcə, havanın rütubətini izləmək, vanna otağında və mətbəxdə kifin qarşısını vaxtında almaq vacibdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video