22 Mart 2018 07:03
227
Mədəniyyət
A- A+

Kastamonu şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması təntənə ilə qeyd edilib

Türkiyənin Kastamonu şəhərində, bu şəhərin 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmasının rəsmi açılışı və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Novruz bayramına həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Türkiyənin baş naziri Binəli Yıldırım, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş, Kastamonu valisi Yaşar Karadeniz, Kastamonu bələdiyyəsinin sədri Tahsin Babaş çıxış ediblər.

Türk xalqlarını Beynəlxalq Novruz Günü münasibətilə təbrik edən çıxışçılar Kastamonu şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan olunmasının əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, bu ənənə türkdilli ölkələrin qədim şəhərlərinin həm türk dünyasında, həm də beynəlxalq miqyasda tanınmasında mühüm rol oynayır. Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi Kastamonunun turistlər üçün cəlbedicilyinin təmin edilməsində də mühüm rol oynayacaq. Ümumiyyətlə, mədəniyyət paytaxtı statusunu qazanmaq, bundan əvvəlki şəhərlər kimi, Kastamonunun da qədim tarixinin və mədəniyyətinin tanınmasında böyük imkanlar yaradacaq.

Rəsmi açılışdan sonra Novruz tonqalı yandırılıb. Ayrı-ayrı türkdilli xalqlar Novruz ənənələrini nümayiş etdiriblər. Mərasim türk dünyasının ayrı-ayrı məkanlarından gələn musiqi qruplarının çıxışı ilə davam etdirilib.

Azərbaycanı konsert proqramında ”Şərur” xalq yallı və “Halay” folklor ansamblları təmsil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video