Alternative content

14:01 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında
Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında
ANA SƏHİFƏ / Sərəncamlar
12:03 22.03.2018

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə qərara alıram:

1. Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında cəmi 748 şagird yerlik modul tipli 11 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 3 915 000 (üç milyon doqquz yüz on beş min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 mart 2018-ci il

 

Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 mart tarixli Sərəncamına Əlavə

 

 

Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Ucar rayonu Qaradağlı kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

2

Ucar rayonu Küçəkənd kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

3

Zərdab rayonu Sileyli kənd 20 şagird yerlik modul tipli

ibtidai məktəbin quraşdırılması

230 000

4

Zərdab şəhər 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

5

Zərdab rayonu Hüseynxanlı kənd  80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

6

Zərdab rayonu Nəzəralı kənd 20 şagird yerlik modul tipli  ibtidai məktəbin quraşdırılması

230 000

7

Zərdab rayonu Sarıqaya kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

8

Göyçay rayonu Veysəlli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

9

Kürdəmir rayonu Bağman kənd 80 şagird yerlik modul tipli  tam orta məktəbin quraşdırılması

390 000

10

Kürdəmir rayonu Öyləqulu kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

11

Kürdəmir rayonu Təklə kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

 

Cəmi

3 915 000