Alternative content

05:07 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Novruz bayramı Şotlandiyada da qeyd edildi
Novruz bayramı Şotlandiyada da qeyd edildi
ANA SƏHİFƏ / Mədəniyyət
12:03 22.03.2018

 

BUTA Azərbaycan-Şotlandiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə 100-dən çox qonaq, o cümlədən Qazaxıstan, İran, Tacikistan, Rusiya və digər ölkələrdən olan vətəndaşlar iştirak edirdilər.

Tədbirdə çıxış edən Azərbaycan-Şotlandiya  Assosiasiyasının nümayəndəsi qonaqları salamlayaraq Novruz bayramı, onun tarixi ənənələri və mahiyyəti haqqında danışdı. O, Novruzun Azərbaycanda qədim köklərə malik olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırdı. Natiq sonda qeyd etdi ki, bu gün dünyada yaşayan bütün soydaşlarımız  azərbaycançılıq ideyası ətrafında sıx birləşərək vətənimizin inkişafına öz töhfələrini verməlidirlər.

Tədbir Azərbaycan milli musiqisinin müşayiəti və Azərbaycan mətbəxinin ləziz təamlarını əks etdirən ziyafətlə davam etdirildi. Novruza aid şeirlər deyildi, rəsm yarışı keçirildi. Azərbaycan-Şotlandiyaya aid viktorinada  qalib komandaya Azərbaycanın qədim abidələrini və tarixi yerlərini əks etdirən hədiyyələr verildi.

Tədbir Novruz şənliyinə qatılmış qonaqlar tərəfindən rəğbətlə qarşılandı.

 

Nərgiz MORRİSON,

Şotlandiya