Alternative content

10:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vaşinqtonda Novruz bayramı qeyd edilib
Vaşinqtonda Novruz bayramı qeyd edilib
ANA SƏHİFƏ / Mədəniyyət
11:03 21.03.2018

Vaşinqton şəhərinin məşhur və tarixi Meridian Beynəlxalq Mərkəzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirliklərinin təşəbbüsü ilə Novruz bayramı geniş şəkildə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, Amerika ictimaiyyətinin üzvləri, habelə ABŞ administrasiyasının və Konqresin rəsmiləri iştirak ediblər.

Mərkəzin rəhbəri səfir Stüart Holidey Novruz bayramının qədim adət-ənənələrə malik olduğunu qeyd edərək bu bayramın ümidin, təbiətin yeniləşməsinin, eləcə də dostluğun, sülh və əməkdaşlığın təzahürü olduğunu deyib. Amerikanın paytaxtında altı dövlətin Novruz bayramını birlikdə qeyd etməsi dostluğun və əməkdaşlığın göstəricisidir. S.Holidey Novruz bayramının xalqların həyat və mədəniyyətində xüsusi yer tutduğunu diqqətə çatdıraraq bu bayramı xalqları birləşdirən dəyər kimi qiymətləndirib.

Sonra Azərbaycan və Orta Asiya ölkələrinin incəsənət ustalarının iştirakı ilə milli rəqslər ifa olunub, konsert verilib. Azərbaycanı təmsil edən “Silk Road” rəqs qrupu “Arşın mal alan” rəqsini milli geyimdə ifa edib.

Novruz bayramına həsr olunmuş tədbir çərçivəsində çıxış edən iştirakçı ölkələrin milli mətbəx nümunələri təqdim olunub.

Bayramın birlikdə qeyd olunması təşəbbüsü bir daha türkdilli dövlətlərin birliyini göstərib. “İpək Yolu” çərçivəsində əməkdaşlıq türkdilli dövlətlərin iqtisadi, siyasi və mənəvi birliyinin nümunəsidir.