Alternative content

14:44 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan Respublikasının multikulturalizm siyasəti” mövzusunda tələbələrlə müzakirə aparılıb
“Azərbaycan Respublikasının multikulturalizm siyasəti” mövzusunda tələbələrlə müzakirə aparılıb
ANA SƏHİFƏ / Elm və texnika
09:03 19.03.2018

Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycan Respublikasının multikulturalizm siyasəti” mövzusuna həsr edilmiş görüş keçirilib.

DİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Akademiyanın humanitar və sosial məsələlər üzrə prorektoru, hüquq elmləri doktoru Mehdi Abdullayev aktual mövzulara həsr olunmuş bu kimi görüşlərin əhəmiyyətini qeyd edib. Dövlət tərəfindən aparılan multikulturalizm siyasətinin Azərbaycanın brendinə çevrildiyini vurğulayan Multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan bir dəyər olduğunu qeyd edib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının “Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər” şöbəsinin müdiri, professor Etibar Nəcəfov “Azərbaycan Respublikasının multikulturalizm siyasəti” mövzusunda geniş məruzə ilə çıxış edib. O, multikulturalizmin dünya praktikasına nəzər salıb, ölkədə bu sahədəki vəziyyətlə bağlı fikirlərini bölüşüb. Diqqətə çatdırılıb ki, Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Bu siyasətin Azərbaycanda bərqərar olmasında ulu öndər Heydər Əliyevin böyük rolu var. Müasir dövrdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Multikulturalizm təzahürlərindən biri Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə olmasıdır. Bu isə özünü dini azadlıqların təmin edilməsində, bütün dinlərin və dini məzhəblərin qanun qarşında bərabər olmasında, onların fəaliyyətinə dövlət tərəfindən dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında göstərir. Multikulturalizm siyasəti dövlətin inkişafında mühüm rol oynayır. Ölkəmiz dünyada multikulturalizm mərkəzi kimi tanınır və onun bu sahədə rolu yüksək qiymətləndirilir, təcrübəsi öyrənilir.

Professor Etibar Nəcəfov qeyd edib ki, ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqidir. Bu istiqamətdə Azərbaycan böyük uğurlara imza atıb. Son zamanlar ölkəmizdə bir–birinin ardınca keçirilən beynəlxalq səviyyəli tədbirlər bunun parlaq nümunəsidir.

Tələbələr görüşdə fəal iştirak edib, mövzu ətrafında fikirlərini bildiriblər.

DİA–nın gənclərlə iş üzrə məsul şəxsi Zaur Məmmədov mövzu ətrafında aparılan maraqlı diskussiya üçün gənclər adından minnətdarlığını bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM