19 Mart 2018 09:03
190
Mədəniyyət
A- A+

VI Bakı Qlobal Forumunun iştirakçısı olan kitabxana işçiləri Milli Kitabxanada olublar

Martın 19-da VI Bakı Qlobal Forumunun iştirakçısı olan kitabxana işçiləri Klaudiya Lyuks və Parent İnqrid, ABŞ-ın Konqres Kitabxanasının Afrika və Orta Şərq bölməsinin müdiri Meri Ceyn Dib, Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova, Bolqarıstan Milli Kitabxanasının beynəlxalq əməkdaşlıq üzrə eksperti Mariya Karşiyska, İngiltərənin Lafboro Universitetinin professoru Paul Sturges, Fransa Milli Kitabxanasından Gerald Qrunberq, Misirin İskəndəriyyə

Kitabxanasının kitabxana sektorunun müdiri Lamiyə Abdülfəttah, İskəndəriyyə Kitabxanasının əməkdaşı Raniya Kalavi, Afrika Kitabxana və İnformasiya Assosiasiyasının direktoru Joel Sam M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlara kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana” layihəsinin çox kreativ, innovativ əsaslı və əhəmiyyətli bir layihə olduğunu, onun həftənin yeddi günü və günün 24 saatını fasiləsiz işlədiyini, hətta uşaqlar üçün də mütaliə guşəsinə çevrildiyi haqqında məlumat verilib. Sonra qonaqlar kitabxananın oxu zallarını, nadir kitablar və kitabxana muzeyi şöbəsini, kitab fondlarının mühafizəsi şöbəsini, elektron kataloqun yaradılması, habelə elektron resursların yaradılması şöbələrini ziyarət etməklə yanaşı, kitab verilişi proseslərinin avtomatlaşdırılması işləri və Milli Kitabxananın iş təcrübəsi ilə yaxından tanış olub. Qonaqlar Milli Kitabxananın oxu zallarında oxucular üçün yaradılan şəraitdən çox məmnun olduqlarını bildirərək oxu zallarının işıqlandırma sistemini, kitabxananın elektron xidmətlərini, həmçinin kitab fondlarındakı mobil stellajları bəyəndiklərini qeyd ediblər.

Kərim Tahirov qonaqları maraqlandıran bütün sualları ətraflı şəkildə cavablandırıb. Sonda direktor Milli kitabxananın iş təcrübəsini yüksək qiymətləndirdiklərinə görə, qonaqlara öz təşəkkürlərini bildirərək və gələcəkdə bu kimi tədbirlərdə bir daha görüşəcəyinə ümid etdiyini söyləyib.

Qonaqların hər birinə Azərbaycan haqqında nəşrlər təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video