2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqat məqsədləri üçün ayrılmış ödənişsiz efir vaxtını bölmək məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın yeri və vaxtının müəyyən olunması haqqında
Qərar № 12/70
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədlərin qeydiyyatı başa çatma ərəfəsindədir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, prezidentliyə namizədlərin İctimai teleradio verilişləri təşkilatının kanallarında seçkiqabağı təşviqat məqsədilə ödənişsiz efir vaxtı almaq hüquqları vardır. İctimai Televiziya və Radio Yayımları Şirkəti bu məqsədlə qanunvericilikdə nəzərdə tutulandan artıq həcmdə efir vaxtı ayırmışdır. Bu vaxtın hüququ olan subyektlər arasında bölüşdürülməsi məqsədilə püşkatma komissiyası yaradılmalı, püşkatmanın yeri və vaxtı müəyyən olunaraq bu barədə məlumat püşkatmaya 24 saat qalanadək rəsmi dərc edilməli, maraqlı subyektlər məlumatlandırılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.4-cü və 80.6-cı maddələrinə əsasən, həmin məcəllənin 75-ci maddəsində göstərilən müddət başlandıqdan sonra bir həftə müddətində məcəllənin 74.1.3-cü və 74.1.6-cı maddələrində nəzərdə tutulmuş subyektlər arasında onların verdikləri ərizə əsasında ödənişsiz efir vaxtının bərabər şərtlərlə və bərabər həcmdə bölünməsi məqsədilə püşkatma keçirilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsinə əsasən püşkatma müvafiq seçki komissiyasının və teleradio verilişləri təşkilatları nümayəndələrinin iştirakı ilə, habelə qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxslərinin, yerli və beynəlxalq müşahidəçilərin iştirak etmək hüququ nəzərə alınmaqla, püşkatmanın yeri və vaxtı haqqında məlumatlar rəsmi dərc edilməklə keçirilir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75-ci, 80.1-ci və 80.4 - 80.7-ci maddələrinə əsasən qərara alır:
1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinin ayırdığı ödənişsiz efir vaxtını bölmək məqsədilə Mərkəzi Seçki Komissiyasında aşağıdakı tərkibdə püşkatma komissiyası yaradılsın:
Qabil Orucov - Mərkəzi Seçki Komissiyasının üzvü
Fuad Cavadov - Mərkəzi Seçki Komissiyasının üzvü
Almaz Qəhramanlı - Mərkəzi Seçki Komissiyasının üzvü
Şahin Əsədli - Mərkəzi Seçki Komissiyası Katibliyi Media və ictimai əlaqələr şöbəsinin müdiri
2. Püşkatma 2018-ci il martın 19-u saat 16.00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasında keçirilsin.
3. Bu barədə məlumat püşkatmaya 24 saat qalanadək rəsmi dərc edilsin, maraqlı subyektlər məlumatlandırılsın.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.03.2018
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!