17 Mart 2018 07:03
207
Mədəniyyət
A- A+

Azərbaycanlı modelyer əl işini Özbəkistan Tarixi Dövlət muzeyinə bağışlayıb

Özbəkistanda səfərdə olan tanınmış Azərbaycan modelyeri, Əməkdar İncəsənət Xadimi, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova bu gün Özbəkistan Tarixi Dövlət muzeyində olub.

AZƏRTAC xəbər verir ki, Fəxriyə Xələfovanı Daşkənddəki “Gulnara Fashion” dəb evinin rəhbəri Gülnara Muxammedova müşayiət edib.

Muzeyin direktoru, professor Cannat İsmailova F.Xələfovaya muzey haqqında məlumat verib, qonağa hədiyyələr təqdim edib.

Fəxriyyə Xələfova Özbəkistana gəlməyindən, bu ölkənin modelyerləri ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib. O qeyd edib ki, bir gün əvvəl “Gulnara Fashion” dəb evinin rəhbəri Gülnara Muxammedova ilə əməkdaşlıq haqqında memorandum imzalanıb və bundan sonra əlaqələr daha sıx inkişaf edəcək.

Sonra qonaq muzeyə öz kolleksiyasından olan qədim üslubda qadın geyimini və suvenirlər hədiyyə edib.

Gülnara Muxammedova tanınmış modelyer Fəxriyyə Xələfovanı Özbəkistanda görməkdən məmnun olduğunu bildirib.

Sabah Fəxriyyə Xələfova qədim Səmərqənd şəhərinə gedəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video