Alternative content

06:40 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondu Ağstafa və Qazaxda “İlk dəfə səs verirəm” mövzusunda tədbirlər təşkil edib
Bilik Fondu Ağstafa və Qazaxda “İlk dəfə səs verirəm” mövzusunda tədbirlər təşkil edib
ANA SƏHİFƏ / Elm və texnika
08:03 16.03.2018

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və yerli icra hakimiyyəti orqanlarının təşkilatçılığı, Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə silsilə maarifləndirici tədbirlər davam edir.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, “İlk dəfə səs verirəm” mövzusunda növbəti tədbirlər gənc seçicilərin iştirakı ilə Ağstafa və Qazax rayonlarında keçirilib.

Ağstafa Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Bilik Fondunun Koordinasiya Şurası hüquqi maarifləndirmə bölməsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, professor Nazim Əliyev təlimçi qismində çıxış edib. Rayon icra hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri, Ağstafa Regional Bilik Evinin rəhbəri Leyla İsayeva tədbirdə qonaqları təqdim edib və rayonda seçkilərlə bağlı görülən təşkilati işlərdən danışıb.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musayev gəncləri dövlətə, vətənə, cəmiyyətə münasibətdə laqeyd olmamağa çağırıb və seçmək hüququndan istifadəni vətəndaş mədəniyyətinin yüksək həddi kimi dəyərləndirib.

Professor Nazim Əliyev ilk dəfə səs verəcək gənclərə seçki prosedurları haqqında ətraflı məlumat verib, seçkilərin xalqın həyatında oynadığı roldan bəhs edərək hər kəsin səsvermə prosesinə qoşulmasının vətəndaşlıq borcu olduğunu bildirib. Hüquqşünas Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq səsvermə prosedurunu əyani formada ilk dəfə səs verəcək gənclərin diqqətinə çatdırıb.

Tədbirdə iştirak edənlər Bilik Fondunun bu istiqamətdə həyata keçirdiyi maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayaraq, demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsini dövlətçiliyin zəruri elementi kimi dəyərləndiriblər.

Qazax Rayon Heydər Əliyev Mərkəzində də eyni məzmunda təlim keçirilib.

Rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova gəncləri seçki prosesində fəal olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə çağırıb. Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev Bilik Fondunun fəaliyyətini yaxından izlədiklərini və maarifləndirici layihələrə qazaxlı gənclərin də həvəslə qatıldığını vurğulayıb.

Professor Nazim Əliyevin ilk dəfə səs verəcək gənclər üçün maarifləndirici mühazirəsi Qazaxda da maraqla qarşılanıb.

Həmin gün Bilik Fondunun təşkilatçılığı ilə “Hüquqi maarifləndirmə” proqramı çərçivəsində Şəmkir ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib və yerli əhalinin n hüquqi məsələlərin həlli ilə bağlı sualları cavablandırılıb.