Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:55 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Viktor Paul Dobre: Azərbaycan-Rumıniya əməkdaşlığının inkişaf potensialı genişdir
Viktor Paul Dobre: Azərbaycan-Rumıniya əməkdaşlığının inkişaf potensialı genişdir
ANA SƏHİFƏ / PARLAMENT
07:03 15.03.2018

Martın 15-də Milli Məclisin Rumıniya parlamenti ilə əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupunun rəhbəri Viktor Paul Dobrenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev iki ölkə arasındakı dostluq münasibətlərindən söz açıb. Qeyd edilib ki, Azərbaycan və Rumıniya münasibətləri daim yüksələn xətlə inkişaf edir. Rumıniya 11 ölkə ilə strateji tərəfdaşlıq aktı imzalayıb ki, onlardan biri də Azərbaycandır. Azay Quliyev hər iki ölkə deputatlarının beynəlxalq qurumlardakı birgə fəaliyyətinin xüsusi əhəmiyyətindən də danışıb.

Qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən işçi qrupun rəhbəri hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə görə dost Rumıniya dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupunun rəhbəri Viktor Paul Dobre Azərbaycanın bölgədə iqtisadi-siyasi baxımdan ən sabit və inkişaf etmiş ölkə olduğunu vurğulayıb. Qonaq bildirib ki, Rumıniya ilə əlaqələr Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdən başlayıb və artıq bu dostluq münasibətləri 25 ilə yaxındır davam edir. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasında əməkdaşlığın inkişaf potensialı genişdir.

Söhbət zamanı Azərbaycan-Rumıniya əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM