Alternative content

20:23 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının vitse-prezidenti ilə görüşüb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının vitse-prezidenti ilə görüşüb
ANA SƏHİFƏ / Birinci vitse-prezident
04:03 15.03.2018

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 15-də İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə VI Qlobal Bakı Forumunun önəmi vurğulandı, bu Forumda müzakirə olunan məsələlərin dünyada gedən proseslərə müsbət təsir göstərdiyi və ona marağın getdikcə daha da artdığı bildirildi. Tədbirin yüksək səviyyədə təşkil edildiyi bildirilərək, Forumun dünyanı narahat edən bir çox məsələləri müzakirə etmək üçün yaxşı platforma olduğu vurğulandı.