15 Mart 2018 04:03
649
Qəbullar
A- A+

Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Moldova Respublikasının Prezidenti İqor Dodonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Moldova Prezidenti İqor Dodonun VI Qlobal Bakı Forumunda iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Moldova Prezidentinin ötən il Bakıya səfərini və onunla beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı İlham Əliyev İqor Dodonun Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların artıq həyata keçirildiyini məmnunluqla vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu dedi və gələcəkdə siyasi, iqtisadi, humanitar, investisiya və digər sahələrdə birgə qarşılıqlı fəaliyyətin müəyyənləşdirilməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimizin bir-birinə daha da yaxınlaşması ilə bağlı mühüm məsələlərin həll olunması istiqamətində gələcəkdə də mütəmadi təmasların davam etdiriləcəyinə əminliyini vurğuladı və ölkəmizin bu işdə maraqlı olduğunu dedi.

Moldova Respublikasının Prezidenti İqor Dodon VI Qlobal Bakı Forumuna dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Tədbirin önəmini qeyd edən Moldova Prezidenti Forumda ölkəsinin ilk dəfə təmsil olunmasını məmnunluqla vurğuladı. Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu deyən Moldova Prezidenti yaxın zamanlarda hökumətlərarası komissiyanın fəaliyyətə başlayacağına ümidvar olduğunu dedi. Ötən il Azərbaycana səfərini məmnunluqla xatırlayan İqor Dodon bu səfər zamanı keçirilən görüşlərin artıq nəticələr verdiyini vurğuladı. O, bir neçə gün bundan əvvəl Qaqauziyada Heydər Əliyev Fondunun nümayəndələri ilə birlikdə mühüm sosial layihənin təməl daşının qoyulması mərasimində özünün şəxsən iştirak etdiyini dedi.

Prezident İqor Dodon əlaqələrimizin möhkəmlənməsi işində Moldovada fəaliyyət göstərən Azərbaycan diasporunun rolunu xüsusi qeyd etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video