Alternative content

22:25 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropada ilk “ağıllı” otel fəaliyyətə başlayıb
Avropada ilk “ağıllı” otel fəaliyyətə başlayıb
ANA SƏHİFƏ / Elm və texnika
03:03 15.03.2018

 

Avropada ilk “ağıllı” otel Macarıstanın paytaxtı Budapeştdə fəaliyyətə başlayıb. Qeyri-adi dördulduzlu mehmanxanada 40 otaq müştərilərin ixtiyarına verilib.

AZƏRTAC “actualnews.org” saytına istinadla xəbər verir ki, oteldə rahatlıqla yaşamaq üçün smartfona xüsusi proqram yükləmək lazımdır. Müştəri proqram vasitəsilə otaq bron edə, xidmət sahəsinin işçilərini çağıra, taksi sifariş edə və kondisionerin rejimlərini tənzimləyə bilər. Smartfondan, həmçinin otağa daxil olmaq üçün açar kimi istifadə etmək olar. “TMRWHotels” adlı proqram vasitəsilə istənilən zaman personalla ünsiyyət saxlamaq mümkündür.

Layihə müəllifləri bütün Avropa ərazisində fəaliyyət göstərən otellərin sahiblərinin istifadə edə biləcəkləri informasiya texnologiyalarında layihə hazırlamaq niyyətindədirlər. Lakin bu qeyri-adi ideyanın reallaşdırılması üçün nə qədər vaxtın lazım olacağı məlum deyil.