Alternative content

02:16 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiyalı turistlərin ən çox səyahət etdiyi ölkələr sırasında Azərbaycan ikinci yerdədir
Rusiyalı turistlərin ən çox səyahət etdiyi ölkələr sırasında Azərbaycan ikinci yerdədir
ANA SƏHİFƏ / Turizm
07:03 15.03.2018

Rusiya paytaxtında Moskva Beynəlxalq Səyahət və Turizm sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, “Ekspotsentr” Mərkəzi Sərgi Kompleksində təşkil olunan ekspozisiyada Azərbaycan böyük stendlə təmsil olunur.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yaradılan stenddə ölkəmizin 30-dan çox şirkəti, o cümlədən turizm agentlikləri, beşulduzlu hotellər və sağlamlıq mərkəzləri öz məhsullarını və xidmətlərini təqdim edir.

Sərginin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Mədəniyyət və Turizm Nazirliyinin, sərgidə təmsil olunan şirkətlərin və qurumların nümayəndələri iştirak ediblər.

Bu il sərgidə Naftalan sanatoriyalarının stendi yaradılıb. Naftalandan gələn həkimlər ziyarətçilərin suallarına cavab verirlər.

Sərgidə Azərbaycanın yay və qış turizm, dağ-xizək kurortlarının imkanları da təqdim olunub, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu öz suvenir məmulatlarını nümayiş etdirib.

Sərgi çərçivəsində dünyanın turizm sahəsində aparıcı ekspertlərinin iştirakı ilə konfrans keçirilib. Konfransda region ölkələrinin turizm potensialının reytinqi açıqlanıb. Xarici ekspertlər son illər Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini vurğulayıblar.

Ekspertlərin sözlərinə görə, son illər Azərbaycan region ölkələri arasında ən çox turist cəlb edən ölkə olub və buraya gələn turistlərin sayı 60 faiz artıb. Rusiyalı turistlərin ən çox səyahət etdiyi ölkələr arasında Azərbaycan Türkiyədən sonra ikinci yerdədir. Siyahıda üçüncü yeri Gürcüstan tutur.