15 Mart 2018 12:03
973
ELANLAR
A- A+

“Azercell” Qərbi Kaspi Universitetində tələbələrə dəstək oldu

 

“Azercell Telekom” MMC ölkəmizdə keçirilən karyera sərgilərində iştirakını davam etdirir.

Şirkətin əməkdaşları bu dəfə martın 10-da Qərbi Kaspi Universitetində baş tutan  karyera sərgisində tələbə və məzunlara dəstək olublar. 50-dən çox nüfuzlu şirkətin iştirak etdiyi tədbirdə “Azercell” öz kreativ stendi ilə seçilib. Şirkətin İnsan Qaynaqları Departamentinin nümayəndələri “Azercell”ə işə qəbul olmaq istəyən məzunlar üçün informasiya sessiyaları təşkil edib və şirkətdə mövcud olan vakansiyalar barədə sərgi iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları “Azercell”ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda, məzunları maraqlandıran sualları cavablandırıblar.

Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbələrində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

Qeyd edək ki, sərgi  çərçivəsində gənclər üçün “Karyera uğrunda bədən dilinin rolu” mövzusunda təlim də təşkil edilib. Tədbirin keçirilməsində məqsəd - öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir.

Məlumat üçün bildirək ki, “Azercell Telekom” daim istedadlı gənclərə dəstək olur. Şirkət ötən il ITECA və Təhsil Nazirliyi tərəfindən təşkil olunan 12 Beynəlxalq Karyera Sərgisində iştirak edib.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video