Alternative content

22:27 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oktyabrda III Beynəlxalq Elm Festivalı keçiriləcək
Oktyabrda III Beynəlxalq Elm Festivalı keçiriləcək
ANA SƏHİFƏ / Elm və texnika
09:03 14.03.2018

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə Bakıda III Beynəlxalq Elm Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, AMEA Rəyasət Heyətinin martın 14-də keçirilmiş iclasında akademiyanın yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb. Bu islahatların mühüm istiqamətlərindən birini 2014-cü və 2016-cı illərdə paytaxt və regionlarda keçirilən elm festivallarının təşkil etdiyi vurğulanıb.

İclasda vətəndaşlar tərəfindən yüksək maraqla qarşılanan belə tədbirlərin miqyasını genişləndirmək məqsədilə oktyabrın 9-dan 30-dək növbəti Beynəlxalq Elm Festivalının keçirilməsi qərara alınıb.