Alternative content

16:23 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İvan Brayoviç: Monteneqro Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
İvan Brayoviç: Monteneqro Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
ANA SƏHİFƏ / PARLAMENT
04:03 14.03.2018

Martın 14-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, sədr bu cür görüşlərin Azərbaycan-Monteneqro münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından çox əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, əməkdaşlığımız müsbət dinamikaya malikdir. İki ölkə arasında siyasi dialoqun davamlı şəkildə aparılması, dövlət başçıları və nümayəndə heyətləri səviyyəsində mütəmadi qarşılıqlı səfərlərin həyata keçirilməsi, aparılan danışıqlar əlaqələrimizin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“İqtisadi sahədə əlaqələrimiz mövcud potensiala cavab verməsə də, bu sahədə yaxın gələcəkdə irəliləyişə nail olunacağına inanırıq. Hökumətlərarası Komissiyanın yaradılması bu fikri bir daha təsdiqləyir. Mədəni və iqtisadi əlaqələr üzrə “AzMont” Mərkəzinin fəaliyyətə başlaması birgə səmərəli fəaliyyət üçün yaxşı imkanlar açır. Bu gün Azərbaycan sərmayəsi Monteneqro iqtisadiyyatının inkişafında fəal iştirak edir. Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin çəkilişinə öz töhfəsini verib. Ölkəmizin fəal iştirakı ilə Cənub Qaz Dəhlizinin reallaşması Avropanın enerji təhlükəsizliyinin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq”, - deyə Oqtay Əsədov vurğulayıb.

Milli Məclisin sədri münasibətlərimizin daha da dərinləşməsi baxımından hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətini müsbət dəyərləndirib. Bildirilib ki, nüfuzlu beynəlxalq qurumlarda deputatlarımızın mütəmadi görüşləri və prinsipial məsələlər üzrə aparılan danışıqlar mühüm əhəmiyyət kəsb edir. Spiker ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransında Monteneqro deputatlarının iştirakının mövcud münasibətlərin dərinləşməsinə xidmət etdiyini söyləyib.

Oqtay Əsədov qeyd edib ki, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsində Monteneqronun ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk.

Spiker bu gün Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi etdiyinə diqqət çəkərək “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının ev sahibliyi etmək üçün namizədliyinin Monteneqro tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu bildirib.

Monteneqro parlamentinin sədri İvan Brayoviç İpək Yoluna Dəstək Qrupunun Bakı Konfransında iştirakından və səfər çərçivəsində ölkəmizdə keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bakının gözəlliyinə məftun olduğunu dilə gətirən qonaq dost Azərbaycan xalqının əldə etdiyi nailiyyətlərə sevindiklərini bildirib. O, Milli Məclisdə deputatların fəaliyyəti üçün yaradılmış şəraiti yüksək qiymətləndirib. Qeyd edilib ki, Monteneqro Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Əlaqələrimizin möhkəmlənməsi üçün hər iki tərəfin siyasi iradə nümayiş etdirməsini xüsusi vurğulayan qonaq iqtisadi sahədə də tezliklə yüksək göstəricilərə nail olacaqlarını söyləyib. O, ölkəsinin NATO-ya tamhüquqlu üzv olduğunu, Avropa İttifaqı ilə üzvlük barədə intensiv danışıqlar aparıldığını deyib. Bildirilib ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə inanır.

Parlamentlərarası əlaqələrin inkişafının münasibətlərimizin dərinləşməsində böyük rol oynadığını söyləyən İvan Brayoviç dostluq qrupu üzvlərinin mütəmadi səfərlərini önəmli hesab edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM