Alternative content

09:57 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paytaxt məktəblərində 31mart soyqırımına həsr olunan tədbirlər keçirilir
Paytaxt məktəblərində 31mart soyqırımına həsr olunan tədbirlər keçirilir
ANA SƏHİFƏ / Təhsil
01:03 13.03.2018

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə” əmr imzalanıb.

Müvafiq əmr ilə təsdiqlənmiş “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planı”na əsasən, mart soyqırımına aid müxtəlif mövzularda mühazirə, toplantı, “dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfranslar təşkil edilir.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda bədii qiraət gecələri, xüsusi dərs məşğələləri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgilər keçirilir. Mart soyqırımından bəhs edən, divar qəzetləri, bülleten, fotostend və guşələr hazırlanır.

Tədris ocaqlarında azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya və fləşmobların keçirilməsi, sənədli və bədii filmlərin nümayişi də planlaşdırılır. Həmçinin təhsil müəssisələrinin internet resurslarına soyqırımını əks etdirən materialların yerləşdirilməsi, keçirilən tədbirlərin kütləvi informasiya vasitələri və televiziya kanallarında işıqlandırılması nəzərdə tutulur.

Qeyd edək ki, ölkəmizdə 1998-ci ildən 31 mart dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.