Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

02:06 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya Ekslibrisi jurnalında Azərbaycan Milli Kitabxanası haqqında məqalə dərc olunub
Rusiya Ekslibrisi jurnalında Azərbaycan Milli Kitabxanası haqqında məqalə dərc olunub
ANA SƏHİFƏ / Elm və texnika
04:03 12.03.2018

Rusiya Federasiyasının Moskva şəhərində Beynəlxalq Kitabsevənlər İttifaqının “Rusiya Ekslibrisi” jurnalında bay­raq­şü­nas­lıq və he­ral­di­ka üz­rə mü­tə­xəs­sis, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Azərbaycan Milli Kitabxanasının nadir kitablar fondunda saxlanılan XIX əsrin bəzi mənbələri haqqında” adlı məqaləsi dərc edilib. Məqalədə Azərbaycan Milli Kitabxanasının yaradılması 13 noyabr 1920-ci il tarixində Xalq Marifçilik Komisarlığının qararı ilə, Bakı şəhərində “İctimai kitabxananın” yaranmasından başlanıb. Kitabxanaya “Dövlət” statusunun verilməsi barədə 1923 –cü ildə qərar qəbul edilmiş, həmin ilin 5 iyun tarixində kitabxananın rəsmi açılışı olmuşdu. 1939-cu ildə kitabxanaya görkəmli yazıçı və maarifçi  Mirzə Fətəli Axundovun adı verilmişdir. Nazirlər Kabinetinin 15 aprel 2005-ci il 50 №-li qərarı ilə kitabxanaya milli status verilərək “Azərbaycan Milli Kitabxanası” adı ilə təsdiq edilib. Məqalədə   ölkənin ən böyük kitab fondları olan, ümumilikdə 4 milyon 413 min kitab saxlanılan, milli mədəniyətimizin xəzinəsini qoruyan, elmi-metodik mərkəz kimi fəaliyyət göstərən milli kitabxana barədə məlumatlar əks olunub. Kitabxananın muasir binasının layihəsinin istedadlı memar Mikayıl Useynov tərəfindən 1949-cu ildə hazırlanması, 1961-ci ildə kitabxananın rəsmi açılış mərasimində Azərbaycan Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyev və xalq yazıçısı Suleyman Rəhimovun iştirak etmələri haqqında məqalədə məlumat verilir. Milli Kitabxanada müxtəlif istiqamətlərdə 25 şöbə və 26 bölmə fəaliyyət göstərir. Məqalədə “Nadir kitablar və kitabxana muzeyi” şöbəsinin nəznində yaradılmış kitabxana muzeyi haqqında məlumat verilir. Muzeydə 1995-1997-ci illərdə ulu öndər Heydər Əliyevin kitabxanaya qəldiyi zaman öz şəxsi kitabxanasından olan kitabları kitabxanaya hədiyyə etməsi və həmin kitabların Milli kitabxananın muzeyində nümayiş olunması barədə məlumat vurğulanır.

 

Məqalədə “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində saxlanılan ən qədim kitab -  1573-cü ildə Cenevrədə latın dilində çap edilmiş “Qomer haqqında ədəbiyyat tarixi” adlı nəşr və nadir kitablar fondunda qorunub saxlanılan 1866-1904–ci illərdə on iki cilddə “Акты Кавказской Археографической Комиссии” (Qafqaz Arxeoqrafik Komisiyyasının Aktları), 1871-1888-ci illərdə 6 (altı) cilddə çap edilmiş Nikolay Fyodoroviç Dubrovinin “История войны и владычества Русских на Кавказе” (Rusların Qafqazdakı hakimlimlik və döyüş tarixi) və Vasiliy Aleksandroviç Pottonun iki əsəri, birincisi 5 (beş) cilddə 1887-1889-cu illərdə cap edilmiş “Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях” (Qafqaz müharibəsi əsərlərdə, epizodlarda, əfsanələrdə və tərcümeyi-halda), ikincisi isə 4 cilddə 1901-1908-ci ildə cap edilmiş «Утверждение русского Владычества на Кавказе» (Qafqazda rus hakimiyyətinin təsdiqi) adlı mənbələr haqqında ətraflı məlumat verilib Bundan başqa məqalədə sözü qedən ədəbiyyatların müxtəlif dövrlərdə digər kitabxanalarda saxlanılmasını bildirən möhürlər və üzərlərində əks olunmuş “ekslibris”lər tədqiq edilib.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM